Yazdırma Seçimləri:

Tikə kabab

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 15 dəq

Tikə kabab

Lazım olan ərzaqlar
 350 q qoyun əti
 60 q baş soğan
 40 q yaşıl soğan
 10 q cəfəri və reyhan
 3 q sumaq
 5 q narşərab
 istiot
 duz
Bişirmək üçün
 kömür
Hazırlanma qaydası
1

Tikə kabab hazırlamaq üçün qoyun cəmdəyinin bud hissəsindən 30-35 tikələr kəsilib şişə taxılır.
Üstünə duz səpilir, hamarlanıb manqalda közərmiş kümür üzərində qızardılır.
Qoyun əti şişə taxılan zaman həm yağlı, həm yağsız tikələr götürülməlidir.
Tikə kabab bişirmək üçün manqaldan istifadə olunur.
Manqalda tikə kabab yanmaması üçün odun sönüb köz düşməsini gözləmək lazımdır.
Bu zaman tikə kabab yanmaz və ləzzətli olur.
Kömürün alovsuz olmasına və ətin bir qaydada bişməsinə diqqət edilməlidir.
Şişlər arabir çevrilməlidir.
Tikə kababı hazır olandan dərhal sonra (ortalama 5 dəq) süfrəyə verilməlidir.
Tikə kababın yanında halqavari doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan süfrəyə verilir.
Bundan başqa tikə kababın yanında 1/6 ədəd limon, yaxud 5 q narşərab, sumaq, döyülmüş istiot, duz qoyulur.
Yay zamanı tikə kababın hər payına 100 q şişdə qızardılmış pomidor əlavə edilir.

Nuş olsun!