Yazdırma Seçimləri:

Qovurma

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 15 dəq

Tikə qovurma

Lazım Olan Ərzaqlar
 1 kq qoyun əti
 200 q quyruq yağı
 200 q kərə yağı
 1 stəkan su
 duz
Qovurma Haqqında
1

✅ Qovurma- Qərbi Azərbaycanın bir çox bölgələrində, ən əsası isə Ağbaba mahalının milli mətbəxində mühüm yeri olan bir xörəkdir.
✅ Bu yeməyi əslində ilin payız fəsillərində hazırlayırlar.
✅ Qovurma qış hazırlıqları siyahısında birinci yerdə gəlir.
✅ Bu yeməyin özünəməxsus hazırlanma metodu vardır.
✅ Qovurma yeməyini təbii yağdan və quyruq yağından istifadə edərək hazırlamaq lazımdır.
✅ Qovurmanın ləzzətli olmasını istəyirsinizsə odun atəşində bişirməyiniz gərəkir.
✅ Qovurmada ətləri çox bişirib əzmək olmaz.
✅ Bişərkən saldığı köpükləri təmizləmək lazımdır.
✅ Bu yemək uzun zaman saxlana bildiyi üçün, yağını və duzunu bir az artıq etmək lazımdır.

Hazırlanma Qaydası
2

✅ Ətləri çox da iri olmadan doğrayın.
✅ Ətləri təmiz-təmiz yuyub aşsüzəndən suyunu süzün.
✅ Quyruq yağının da bir hissəsini əti bişirəcəyiniz qazana doğrayın.
✅ Hazırladığınız ətləri qazana yığıb ocağa alın.
✅ Qazana bir stəkan su əlavə edin və yüksək atəşdə bişməyə qoyun.
✅ Qaynamağa başlayan ətin üzərinə yığılan köpükləri bir kənara alın.
✅ Köpükləri təmizlənən ət suyu tərtəmiz, duru olmalıdır.
✅ Qaynayan əti aradabir diqqətlicə qarışdırın ki, ətlər əzilməsin.
✅ Ətin suyu tamamən çəkildikdən sonra əti bir kənara alın.
✅ Quyruq yağının qalan hissəsini də bir başqa qazana alıb ocaqda əridin .
✅ Əriyən quyruq yağının içərisinə kərə yağını da əlavə edin.
✅ Bişən ətləri quyruq yağının içinə alıb qovurun.
✅Ancaq "Qovurma"nı yüksək atəşdə bişirmək lazımdır.
✅ Hazır olana yaxın duzunu əlavə edin.
✅ Ətlər tamamən qızardıqdan və suyu çəkildikdən sonra hazır hesab olunar.
✅ Qovurmanı həm isti , həm də soyuq halda yemək olar.
✅ Qışa saxlanacaq qovurmanın üzərinə öz yağından və təbii yağdan əlavə edərək emallı qazanda saxlamaq lazımdır.
✅ Yağı elə tökmək lazımdır ki, qovurmanın üzəri bütövlükdə örtülsün və hava keçməsin.
✅ Belə saxlanan qovurma uzun zaman istifadə olunar və xarab olmaz.

Diqqət!
3

✅ Qovurma ətini hazırlayarkən çox kiçik doğramaq, həddən çox bişirmək və yaxud da az bişirmək olmaz.
✅ Az bişirilərsə saxlanması mümkün olmaz xarab olar.
✅ Çox bişərsə də tamamən əzilər.
✅ Qovurmanı duzlu və yağını çox vurmaq lazımdır və emallı qabda , sərin yerdə saxlamaq lazımdır.

Nuş Olsun!