Yazdırma Seçimləri:

Tomatlı, Zeytunlu Çörək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Zeytunlu tomatli çörək sabah naharında çox sevilən bir yeməkdir. İsti bir çörək yanında da dəmini almış pürrəngli bir çay....Üzərinə bir də kərə yağı sürüldümü başqa bir dad olur.

Tək başına qəhvəaltı: Tomatlı zeytunlu çörək

Lazım Olan Ərzaqlar
 3 stəkan ilıq süd
 ½ stəkan əridilmiş kərə yağı
 ½ stəkan duru yağ
 11 stəkan un
 2 ədəd yumurta
 1 paket yumurta
 1 yemək qaşığı toz şəkər
 1 çay qayığı duz
İçlik Üçün
 30 ədəd tumu çıxarılmış zeytun.
 3 yemək qaşığı tomat
Açmaq Üçün
 ½ stəkan duru yağ
 1 ədəd yumurta sarısı
Üzəri Üçün
 1 ədəd yumurta sarısı
Tomatlı Zeytunlu Çörək Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz unu kasaya yığın .
✅İstifadə edəcəyiniz südü bir stəkana süzün.
✅Lazım olacaq duzu və şəkər tozunu ayrıca kasalara yığın.
✅İstifadə edəcəyiniz yaş mayanı bir kasaya alın.
✅İstifadə edəcəyiniz kərə yağını kasaya yığın.
✅Lazım olacaq qədər duru yağı kasaya süzün.
✅Tumu çıxarılan zeytunları bir kasaya yığın.
✅İstifadə edəcəyiniz tomatı kasaya yığın.
✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.

✅Xəmiri yoğurduqdan sonra mayalanması üçün isti bir yerdə saxlamağı unutmayın.
✅Əldə ettiyiniz çörək olduqca böyük bir çörək olacaqdır.
✅İstəsəniz ərzaqları azaldaraq daha kiçik ölçüdə çörək əldə edə bilərsiniz.

Tomatlı Zeytunlu Çörək Üçün Ərzaqların Hazırlanması
2

✅İstifadə olunacaq unu qarışdırma qabına ələyin.
✅Südü bir az qızdırın ki, ilıq olsun.
✅Yumurtanın ikisinin sarısını ağından ayırın.
✅Zeytunları ikiyə bölün.
✅Yaş mayanı südlə qarışdırın.

Diqqət!
3

✅Xəmiri yoğurduqdan sonra mayalanması üçün isti bir yerdə saxlamağı unutmayın.
✅Əldə ettiyiniz çörək olduqca böyük bir çörək olacaqdır.
✅İstəsəniz ərzaqları azaldaraq daha kiçik ölçüdə çörək əldə edə bilərsiniz.

Xəmirin Hazırlanması
4

✅Ilıq südü bir yoğurma qabına alın və yaş mayanı tamamən əriyənə qədər südün içində qarışdırın.
✅Ardından kərə yağını , duru yağı və yumurtanı əlavə edin.
✅Duz və şəkəri də əlavə edib yaxşıca qarışdırdıqdan sonra yavaş-yavaş unu əlavə edib yoğurun.
✅Qulaq məməsi bərkliyində ələ yapışmayan bir xəmir əldə edin.
✅Hazırladığınız xəmiri ağzı qapalı qabda isti bir yerdə 30 dəqiqəyə yaxın mayalanmasını gözləyin.

✅Xəmir mayalandıqdan sonra duru yağı ovcunuza tökün və əllərinizlə basdıraraq xəmiri soba kağızı sərilmiş bir soba sinisinə alın.
✅Xəmiri bütün sini boyunda yayın.
✅Əllərinizlə yayaraq açdığınız xəmirin içərisinə tomatı sürtün və üzərinə çəyirdəkləri çıxardılmış zeytunları yayın.
✅Xəmirin bir ucundan başlayaraq qatlayıb rulon halına gətirin.
✅Bu şəkildə daha 15 dəqiqə saxlayın.

Çörəyin Bişirilməsi
5

✅Bundan sonra üstünə yumurta sarısını yaxın.
✅ Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅180 dərəcə qızdırılmış sobada üstü qızarana qədər 20 dəqiqə bişirin.

Tomatlı Zeytunlu Çörəyin Servis Edilməsi
6

Çörəyi isti və ya soyuq halda servis edə bilərsiniz.

Nuş Olsun!