Yazdırma Seçimləri:

Ton Balıqlı Viola Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat

Ton Balıqlı Viola Salatı. Ton balıqlı viola salatı hazırlanması çox asand bir salatdır. Buna rağmən çox ləzzətlidir. İçərisində olan ton balığı sayəsində çox faydalıdır.

Ton balıqlı viola salatı

🐟Ton Balıqlı Viola Salatı Hazırlamaq Üçün Lazım Olan Ərzaqlar
 150 q holland pendiri
 mayonez
 2 ədəd kartof
 2 ədəd kök
 2 ədəd yumurta
 1 ədəd ton balığı konservi
 toyuq file
 1 dəstə göy soğan
 1 dəstə şüyüd
🐟Ton Balıqlı Viola Salatı Üçün Ərzaqlarının Hazırlanması
1

Ton balıqlı viola salatı

✅ Yumurtanı, kökü, kartofu təmiz-təmiz yuyun.
✅ Ərzaqları yuduqdan sonra suda bişirin.
✅ Bişirdiyiniz kartof və kökü soyun.
✅ Yumurta bişdikdən sonra soyun.
✅ Toyuq filenin üzərində olan pərdəni təmizləyin.
✅ Təmizlədiyiniz fileni soyuq suda yuyun.
✅ Hazır fileni suda bişirin.
✅ Soğanı və şüyüdü təmizləyib suda yuyun.
✅ Yuduğunuz göyərtiləri mətbəx dəsmalının üzərinə yığın ki, suyu qurusun.

Ərzaqların Doğranması
2

✅ Bişirdiyiniz kartofu, kökü rəndədən keçirib hər birini ayrı-ayrı qablara yığın.
✅ Yumurtanın ağını və sarısını ayrı-ayrı olaraq rəndələyin.
✅ Yumurtanın ağ ilə sarısını qarışdırmayın.
✅ Suyu çəkilən göy soğanı doğrayıb bir qaba yığın.
✅ Şüyüdü doğramayın.
✅ Salat üçün bişirdiyiniz toyuq fileni rəndələyin.
✅ Ton balığı konservini də çıxardıb salat üçün hazırlayın.

Ərzaqların Salat Qabına yığılması
3

✅ Salat üçün hazırladığınız məhsulları aşağıdakı sıralama ilə salat qabına yığın.
✅ Salatı hazırlamaq üçün salat qabına yerləşəcək bir qəlib qoyun.
✅ Mayonez
✅ Kartof
✅ Duz
✅ Mayonez
✅ Ton balığı konservi
✅ Göy soğan
✅ Mayonez
✅ Kök
✅ Duz
✅ Mayonez
✅ Yumurta ağı
✅ Mayonez
✅ Toyuq file
✅ Mayonez
✅ Tilsiter pendir
✅ Mayonez
✅ Yumurta sarısı
✅ Şüyüd
✅ Qəlibin içərisinə ərzaqları bu sıralama ilə yığaraq soyuducuda dincə qoyun.
30 dəqiqə soyuducuda gözlədilir.

Servis Qaydası
4

✅ 30 dəqiqə sonra soyuducudan çıxartmış olduğunuz salatı qəlibdən çıxararaq servis edin.
✅ Üzərini isə zövqünüzə uyğun süsləyə bilərsiniz.
✅ Salatın üzərini yumurta sarısı və şüyüdlə bəzəyin.
✅ Qonaqlıq süfrələrinizdə çox sevilən bir salatdır.

Nuş Olsun!