Yazdırma Seçimləri:

Toyuq bozartması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt30 dəq

toyuq bozartma

Lazım olan ərzaqlar
 330 q toyuq
 30 q yağ
 1 ədəd baş soğan
 1 ədəd limon
 5 q nanə yaxud şüyüd
 0,10 q zəfəran
 duz
 istiot
Hazırlanma qaydası
1

İlk emaldan keçirilmiş toyuq 30 qramlıq tikələrə doğranır və yağda azacıq qızardılır.
Sonra dayaz qazana qoyularaq buna duz və istiot səpilir.
Yağda qızardılmış soğan və azacıq bulyon qatılıb zəif od üzərində öz buğunda bişirilir. Süfrəyə verilən zaman toyuq bozartmasına zəfəran şirəsi vurulur, üstünə isə göyərti səpilir və bir dilim limon qoyulur.

Nuş olsun!