toyuq büryan

Lazım olanlar:

  • 2 ədəd toyuq budu
  • 1 stəkan düyü
  • 1 ədəd soğan
  • zeytunyağı
  • istiot
  • dəfnə yarqağı
  • duz

HAZIRLANMA QAYDASI

Toyuq budları 2-3 stəkan su, dəfnə yarpağı və duz ilə bişirilir.

Düyü 1/2 stəkan su və az duzla suyunu çəkənə qədər bişirilir

Soğan incə-incə dğranır zeytunyağında qovrulur

Pomidor püre halına gətirilib qovrulan soğana əlavə edilir

Pomidorun suyu quruyanda, ocaqdan götürülür.

Duxovka qabının dibi yağlanılır

Pomidor və soğanlı qarışıq sininin dibinə yayılır.

Üstünə bişmiş düyü qoyulur

Suda bişmiş toyuq budları düyünün üstünə yerləşdirilir.

İstiot səpilir.

Toyuğun suyundan 1,5 stəkan siniyə əlavə edilir

Əvvəlcədən 200 dərəcəyə isidilmiş duxovkada təqribən 40 dəqiqə suyunu çəkənə qədər bişirilir.