
Lazım olanlar:
- 2 stəkan un və nişasta qarışığı,
- 1 su stəkanı şəkər,
- 4 su stəkanı süd,
- 50 q marqarin,
- 1 paket vanilin,
Şokolad sosu üçün:
- 1 qaşıq un,
- 3 qaşıq kakao,
- 1 çay stəkanı şəkər,
- 1 su stəkanı süd,
Hazırlanması:
- Dərin bir qazana un, şəkər, nişasta və südü qoyub çırpma teli ilə çırpın.
- Sonra ocağa qoyub vam odda davamlı qarışdıraraq qatılaşana qədər bişirin.
- Ocaqdan düşürdün.
- Marqarin və vanilini də əlavə edib soyumağa qoyun.
- Ayrı bir qazana sos ərzaqlarını alıb çırpın.
- Vam odda 2-3 dəqiqə bişirərək ocaqdan düşürdün.
- Çırparaq soyudun.
- Yan tərəfə isə soyuyan mühəlləbini blendirdən keçirdiun.
- Kvadrat şəkilli bir qabı isladın və mühəlləbini həmən qaba boşaldın.
- Soyuyan şokolad sosunu da mühəlləbinin üzərinə töküb soyuducuda yarım saat saxladıqdan sonra dilimləyərək servis edin.
Leave a Reply