Yazdırma Seçimləri:

Toyuq File ilə Pendirli Çubuq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 15 dəq

Həm uşaqların, həm də böyüklərin sevərək tükədə biləcəyi bir yemək reseptidir. İstənilən öyün yeməyi zamanı sevdiyiniz yeməklərlə birlikdə servis edə bilərsiniz.

Toyuq file ilə pendirli çubuq

Lazım Olan Ərzaqlar
 150 q holland pendiri
 500 q toyuq döşü
 200 q un
 2 ədəd yumurta
 300 q suxarı
 duz
 istiot
Qızartmaq Üçün
 duru yağ
Toyuq File ilə Pendirli Çubuq Hazırlamaq Üçün Ərzaqların Yığılması
1

✅Lazım olacaq qədər istiotu bir kiçik kasaya yığın.
✅İstifadə edəcəyiniz toyuq döşünü təmizləyib yuyaraq suyunu süzməsi üçün aşsüzənə yığın.
✅İstifadə edəcəyiniz holland pendirini də bir kasaya yığın.
✅Lazım olacaq unu və suxarını ayrı -ayrı kasaya yığın.
✅lazım olacaq qədər duzu kasaya yığın.
✅İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq qədər duru yağı bir stəkana süzün.

Toyuq File ilə Pendirli Çubuq Üçün Ərzaqların Hazırlanması
2

✅Əvvəlcə toyuğun döş ətini yuyub suyunu aldıqdan sonra strec filmin içərisinə qoyub yumşalması üçün bir az ət döyənlə əzin.
✅Holland pendirini uzunsov doğrayın.
✅Yumurtaları sındırıb çırpın ki, ağı və sarısı bir birinə qarışsın .
✅Yumurtanın içərisinə duz və istiotu da əlavə edin.

Hazırlanma Qaydası
3

✅Əvvəlcə çubuq şişlərə holland pendirini taxın.
✅Daha sonra pendirin üzərinə əzmiş olduğunuz toyuq filəni sarıyın.
✅Bunlar başa çatdıqdan sonra hazır çubuqları əvvəl una , sonra yumurtaya, daha sonra suxarıya batırın.
✅Hazır filə çubuğunu iki dəfə yumurta və suxarıya batırın.

Toyuq File ilə Pendirli Çubuğun Bişirilməsi
4

✅Yağı əvvəlcədən qızdırın.
✅Hazır çubuqları yağda qızardın.
✅Bir qabın içərisinə mətbəx kağızı sərin.
✅Bişirdiyiniz filələri yağını çəkmək üçün kağızın üzərinə qoyun.

Toyuq File ilə Pendirli Çubuqların Servis Edilməsi
5

İsti halda servis edin.

Nuş Olsun!