Yazdırma Seçimləri:

Toyuq ruleti

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 10 dəq

toyuq-ruleti

Lazım olan ərzaqlar
 1 kq toyuğun döş əti (file)
 3 ədəd soğan
 2 ədəd kök
 2 ədəd yumurta
 2 ədəd bolqar bibəri
 cəfəri
 şüyüd
  yağ
  xama
 duz
  istiot
Hazırlanma qaydası
1

toyuq-ruleti

Əvvəlcə soğanları ət maşınından keçirin.
Bacararsınızsa əti çəkilmiş soğanla döymək daha məsləhətlidir.
Yumurtanı və kökü bişirin.
Kök tam bişməməlidir.
Soğanı xırda doğrayın və zeytun yağında qovurun.
Yumurta, kök və bibəri kubik şəklində doğrayın.
Cəfəri və şüyüdü də doğrayıb soğanla birgə qarışdırın.
Falqa üzərində açılmış toyuq döşünü duzlayın və istiotlayın.
Hazırlnamış içi də filenin üzərinə qoyun və boru şəklində qatlayın.
Sobaya qoyarkən üzərinə xama sürtün ki, yaxşı qızarsın.
Bişdikdən sonra dilimləyin və üzərinə doğranmış cəfəri səpərək servis edin.

Nuş olsun!