Toyuq şorbası

Toyuq şorbası
Toyuq şorbası

Toyuq şorbası üçün   lazım olanlar:

Hər payına:

  • 150 q toyuq əti,
  • 50 q şabalıd,
  • 20 q ərinmiş yağ,
  • 20 q təzə yaxud 10 q quru alça,
  • 10 q keşniş,
  • 0,1 q zəfəran,
  • duz,
  • istiot.

Toyuq şorbasının hazırlanma  qaydası:

  • İlk emaldan keçirilmiş toyuq biririlib bulyon hazırlanır.
  • Sonra bulyona yuyulmuş düyü, yağda qızardılmış soğan əlavə edilib qaynadılır.
  • Xörəyin hazır olmasına 15 dəqiqə qalmış əvvəlcədən isladılmış və bişirilmiş noxud, alça və ya gavalı  qatılır.
  • Bişdikdən sonra duz əlavə edilir.
  • Sonra içinə doğranmış toyuq əti, şüyüd qatılıb yenidən qaynadılır.
  • Süfrəyə verilən zaman üzərinə nanə qurusu səpilir.

Qeyd:

  • Yay zamanı, toyuq şorbasının hər payına 30 q təzə qırmızı pomidor salına bilər.