Yazdırma Seçimləri:

Toyuq Suyu Şorbası

Verimlilik4 PorsiyonHazırlanma Müddəti5 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt30 dəq

Toyuq şorbası xüsusi ilə qış aylarının vazkeçilməz təbii dərmanıdır. Toyuq suyu şorbası kənd toyuğu ilə hazırlandığında bir çox dərmandan da təsirli olur.
Qış mövsümündə əsasən qribə qarşı qoruyucu qalxan olan toyuq şorbası ilə qışı xəstə olmadan keçirdə bilərsiniz.
Toyuq suyunun duzlu su qarqarası ilə bənzər xüsusiyyəti vardır.
Boğaz, ağız və badamciqlarda olan xəstəlikləri ortadan qaldırmağa yardımçı olur.
Bəzı xəstəliklər insanda yüksək miqdarda su itkisinə səbəb olur.
Bol miqdarda maye almaq bədəndə olan allergiyaya , yad maddələrə qarşı mücadilə aparan təsirli bir metoddur.
Toyuq şorbası xəstələrin su ehtiyatını qarşıladığı kimi , bədəndə istənməyən maddələrin də təmizlənməsinə yardımçı olur.
Araşıdrmaya görə toyuq suyu insan bədənindəki hüceyrələrin böyüməsi və inkişafı üçün lazım olan aminoasit baxımından çox zəngin bir mənbədir və fəsil dəyişmələrində soyuq- dəymələrdə bəzi xəstəliklərə qarşı qalxan olur!
Bir kasa toyuq şorbasında 165 kalori vardır.

Toyuq Suyu Şorbası Hazırlamaq Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd kənd toyuğunun budu
 2 l su
 2 ədəd quru soğan
 2 ədəd istiot
 1 ədəd yumurtanın sarısı
 12 ədəd limon suyu
 duz
 cəfəri
Toyuq Suyu Çorbası Hazırlamaq Üçün Lazım Olan Ərzaqların Yığılması
1

1. Toyuq şorbası hazırlamaq üçün istifadə edəcəyiniz budu yuyub təmizləyin və üzərindəki dərini soyun.
2. İstifadə edəcəyiniz soğanı soyub bir kasaya yığın.
3.Toyuq şorbası üçün lazım olacaq istiotu, duzu, cəfərini ayrı-ayrı kasalara yığın.
4. İstifadə edəcəyiniz limonu yuyub bir kasaya qoyun.
5. Lazım olacaq yumurtanı yuyub kasaya alın.yumurta

Hazırlanma Qaydası
2

1. Soğanları küp- küp doğrayın.
2. Yumurtanı sındırıb ağını sarısından ayırın.
3. Limonu iki hissəyə ayırıb bir kasaya suyunu sıxın.
4. Limon suyunun üzərinə yumurta sarısını əlavə edib yaxşıca çırpın.
5. Şorba suyundan bir qaşıq alın və limonlu yumurtanın içərisinə əlavə edin.
6. Toyuq suyunu da yavaş-yavaş qarışdıraraq hazırladığınız limon yumurtanı da əlavə edin.
7. Şorbanın bu şəkildə duzunu əlavə edərək 5- 10 dəqiqə qaynadın.
8. Toyuq şorbası bişdikdən sonra doğranmış cəfərini də əlavə edin.

Bişirilmə Qaydası
3

1. Ocağı yandırın.
2. Şorbanı bişirəcəyiniz qazanı ocağın üzərinə qoyun.
3. Bol suda yuduğunuz toyuğun ətini qazana yığın.
4. Üzərinə suyu əlavə edib orta atəşdə qaynamağa qoyun.
5. Toyuq suyu qaynamağa başladığında üzərində köpüklər əmələ gəlir.
6. Köpükləri təmizləyin.
7. Ətin üzərinə yığılan köpük təmizlənməzsə suyu çirkli olacaqdır.
8. Qaynayan suya doğradığınız soğanları,istiotu əlavə edin.
9. Qarışımı bir saata yaxın qaynadın.
10. Bir saatdan sonra ocaqdan alın.
11. Toyuq suyunu süzgəcdən keçirin.
12. 4 su stəkanı toyuq suyunu istifadə etmək üçün ayırın.
13. Soyuyan toyuğun ətini didikləyin.
14. Toyuq suyuna yenidən 2 stəkan su əlavə edin.
15. Didiklənən toyuq ətlərini toyuq suyu olan qazana alın və vam odda qaynadın.

Servis Edilmə Qaydası
4

Toyuq suyu şorbasını isti-sti servis edin.
Toyuq suyu çorbasını servis edərkən yanında qurudulmuş suxarıdan istifadə edə bilərsiniz.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 4