Yazdırma Seçimləri:

Şəfa mənbəyi:”Toyuq şorbası”.

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı1 saat 10 dəqÜmumi Vaxt1 saat 20 dəq

Lazım olan ərzaqlar
 2 ədəd kənd toyuğunun budu
 2 l su
 2 ədəd soğan
 istiot
 1 ədəd yumurta sarısı
 ½ ədəd limonun suyu
 duz
 cəfəri
Hazırlanma qaydası
1

Bol suda yuduğunuz toyuğun dərisini də çıxardıb qazana qoyun.
Üzərinə suyu əlavə edib orta atəşdə qaynamağa qoyun.
Toyuq suyu qaynamağa başladığında üzərində köpüklər əmələ gəlir.
Köpükləri təmizləməyə diqqət edin.
Soğanları küp küp doğrayın.
Qaynayan suya doğradığınız soğanları,istiotu əlavə edin.
Qarışımı bir saata yaxın qaynadın.
Ardından ocaqdan alın.
Toyuq suyunu süzgəcdən keçirin. 4 su stəkanı toyuq suyunu istifadə etmək üçün ayırın.
Soyuyan toyuğu didin.
Toyuq suyuna 2 stəkan su əlavə edin.
Parçaladığınız toyuq ətlərini toyuq suyuyla qazana alın və vam odda qaynadın.
Bir kasa içində limon suyunu və yumurta sarısını yaxşıca çırpın.
Şorba suyundan bir qaşıq alın və limonlu yumurtanın içərisinə əlavə edin.
Toyuq suyunu da yavaş-yavaş qarışdıraraq hazırladığınız limon yumurtanı da əlavə edin.
Şorbanın bu şəkildə duzunu əlavə edərək 5- 10 dəqiqə qaynadın.
Toyuq şorbası bişdikdən sonra doğranmış cəfərini də əlavə edin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya Başına Miqdar
Kalori 165