Yazdırma Seçimləri:

Toyuqlu Börək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

toyuqlu börək

Lazım Olan Ərzaqlar
 6 ədəd yuxa
 4 ədəd toyuq budu və ya
 2 ədəd toyuq döşü
 2 ədəd soğan
 1 stəkan qatıq
 34 yemək qaşığı un
 1 yemək qaşığı kərə yağı
 23 diş sarımsaq
 istiot
 duz
 sirkə (arzuya görə)
 45 yemək qaşığı duru yağ
 qırmızı toz bibər
 pul bibər
Hazırlanma Qaydası
1

✅ Toyuq parçalarını dərin bir qaba alıb üzərinə bir az duru yağ , iri bölünmüş yeməklik soğan və bir az istiot əlavə edərək qaynamağa qoyun.
✅ Bişirdiyiniz toyuq ətlərini didin.
✅ Əldə etdiyiniz toyuq suyunu da süzgəcdən süzüb başqa bir qaba alın.
✅ Bir siniyə yuxaların 3 dənəsini iri parçalar halında qıraraq üst-üstə düzün.
✅ Yuxaları sobada yüksək atəşdə bişirin.
✅ Yuxaların üzərinə bir -iki stəkan toyuq suyu əlavə edib yenidən sobaya verib 5 dəqiqə daha bişirin.
✅ Didiklədiyiniz toyuq ətini duz və istiotla birlikdə qarışdırın.
✅ Diddiyiniz toyuq ətlərini sobaya qoyduğunuz yuxaların üzərinə yayın.
✅ Yerdə qalan 3 yuxanı da iri parçalar halında üst-üstə toyuq ətlərinin üzərinə örtün.
✅ Börək kimi düzülmüş ətli yuxaları servis edə biləcəyiniz böyüklükdə parçalar halında doürayın.
✅ Yüksək temperaturda üzəri qızarana qədər bişirin.
✅ Yaxşıca bişirilən yuxaların üzərinə 1-2 stəkan toyuq suyu gəzdirin və toyuq suyunu yuxalar çəkənə qədər sobada saxlayın.
✅ Digər yanda isə bir qazanda 1 şorba qaşığı kərə yağı, 2 yumurta, 1 kasa qatıq, un, döyülmüş sarımsaq, duz,istiot, 2 stəkan toyuq suyu ilə yaxşıca çırpıb ocağa qoyun.
✅ Qatılaşmış bir sos əldə edənə qədər qarışdırıb göz-göz olana qədər bişirin.
✅ Sosun qatılığını ayarlamaq üçün un və ya ət suyundan hansı gərəkirsə əlavə edib normallaşdıra bilərsiniz.
✅ Ocaqdan aldıqdan sonra üzərinə sirkə əlavə edin.
✅ Sobadan aldığınız toyuqlu yuxaları daha öncədən kəsdiyiniz dilimlər halında servis tabağına alın.
✅ Üzərinə hazırladığınız sosu gəzdirin.
✅ Bir tavada duru yağı qızdırıp kırmızı toz bibər və arzuya görə pul bibəri qataraq qarışdırın.
✅ Servis tabağınızdaki soslu, toyuqlu börəyin üzərinə hazırladığınız yağı gəzdirin.
✅ İsti halda servis edin.

Nuş Olsun!