✅ Düyünü təmizləyin, və ilıq suyun altında süzə-süzə yaxşıca yuyun.
✅Bu prosesi etmək lazımdır ki, düyüdəkı nişasta təmizlənsin.
✅Belə olanda düyü bişdikdən sonra həm diri qalacaq , həm də yapışmayacaq.
✅Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün.
✅Suya 1 xörək qaşığı duz atıb kənara qoyun.

✅Tavada 2 xörək qaşığı yağ qızdırın.
✅Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın.
✅Üstünə ərik, qavalı və xurmanı əlavə edib 3 dəqiqə daha qızardın.
✅Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın.
✅Tavanı kənara çəkin.
✅Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz əlavə edib qaynadın.
✅Düyünü süzün və bu suya əlavə edin.
✅Təxminən 7-10 dəqiqə ərzində arabir qarışdıraraq bişirin.
✅Düyünün dadına baxın .
✅Hazır düyü bir qədər yarımbişmiş qalmalı, yumuşaq olmamalıdır.
✅Düyünü süzün və kənara qoyun.
✅Qazanda 1 xörək qaşığı kərə yağı əridin.
✅Toyuq ətini qazanın dibinə bir lay düzün.
✅Üstünə bir az duz və istiot səpin.
✅Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün.
✅Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin.
✅Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq və ikisi də bir qədər yumuşalacaq.
✅Soğan layının üstünə düyünün yarısını tökün.
✅Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün.
✅Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin.
✅Plovun üstünə 1-2 xörək qaşığı kərə yağı tökün.
✅Qazanın üstünü əvvəlcə bir pambıq dəsmalla örtüb üstündən isə qapağını qoyun.
✅Plovu vam odda təxminən 30 dəqiqə ərzində dəmə qoyun.
✅Sonra qapağını açıb düyünün üstünə zəfəran şirəsi tökün.
✅Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin.
✅Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.

İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.
Süfrədə sulu yemək olaraq dovğa da qoysanız pis olmaz.
Dovğa bizim milli yeməklərimizin ən dadlısıdır.
Ərzaqlar
Təlimatlar

Leave a Reply