Yazdırma Seçimləri:

Toyuqlu Plov

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 25 dəq

Tək başına bir ana yemək ola biləcəyi kimi ,diğər yeməklərin yanına da çox yaraşan bir yeməkdir. Ləzzəti və doyuruculuğuyla bu günün menyusunda toyuqlu plov var! Toyuqlu plov reseptini 1001dad.com sizlərə təqdim edəcək.

toyuqlu plov

Toyuqlu Plov Üçün Lazım Olan Ərzaqlar
 2 stəkan düyü
 1 ədəd soğan
 2 stəkan duru yağ
 2 ədəd pomidor
 1 ədəd kök
 1 ədəd qırmızı şirin bibər
 8 diş sarımsaq
 1 çimdik zəfəran
 1 ədəd zəncəfil
 3 ədəd uzunsov bibər
 4,50 stəkan su
 1 ədəd darçın çubuğu
  istiot
 mixək
 cirə
 duz
Toyuq Üçün
 1 ədəd bütöv toyuq
 2 yemək qaşığı pomidor tomatı
 ½ yemək qaşığı maye yağ
 1 ədəd limonun suyu
 duz
 mixək
 8 diş sarımsaq
 2 stəkan su
Toyuqlu Plov Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz düyünü yuyun.
✅ İstifadə edəcəyiniz soğanı , sarımsaqları , soyub kasaya yığın.
✅Zəfəranı kiçik kasaya yığın.
✅İstifadə edəcəyiniz pomidorları , kökü yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Uzunsov bibərləri və qırmızı bibərlərin içərisini təmizləyib yuyuaraq mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz toyuğu təmizləyib yuyaraq aşsüzənə yığın suyunu versin.
✅ Duzu, mixəyi kasalara yığın.
✅ Zeytun yağını stəkana süzün.
✅Tomat pastasını kasaya yığın.
✅ İstifadə edəcəyiniz düyünü ayırtlayıb yuyuaraq aşsüzənə yığın.

Toyuqlu Plov Üçün Ərzaqların Hazırlanması
2

✅ Zəfəranı bir kasanın içərisində bir az suda isladın.
✅ Soğanı incə-incə doğrayın.
✅Qırmızı bibər və uzunsov bibərləri incə-incə doğrayın.
✅Kökü, sarımsaqları rəndələyin.
✅ Pomidorları küp-küp doğrayın

Toyuq Bişirmək Üçün Sosun Hazırlanması
3

✅ Dərin bir qabın içərisinə pomidor tomatını və 2 stəkan suyu qarışdırın.
✅ Qalan yarım limonun suyunu da içərisinə sıxıb duru yağ da əlavə edin.
✅ 8 diş sarımsağı içinə rəndələyin.
✅ Mixək dənələrini də əlavə edib yaxşıca qarışdırın.

Plov Üçün Toyuğun Bişirilməsi
4

✅ Əvvəlcə toyuğu bir soba qabına alaraq hər yerini duzla ovxalayın.
✅ Yarım limonun suyunu da üstünə sıxıb yenidən bir az daha ovxalayın və bir kənarda dincəlməyə qoyun.
✅ Hazırladığınız bu sosu da toyuğun üzərinə əlavə edin.
✅ Üzərini aliminium folqa ilə qapadıb bir neçə yerdən hava yeri açın.

Toyuğun Bişirilməsi
5

✅ Sobanı əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
✅ Qızdırdığınız sobada toyuğu bişirin.
✅ Üstü falqa ilə bağlı olaraq 1 saat bişirin.
✅ lap sonda isə üzərini açın və toyuğu yenidən sobaya verərək üzəri qızarana qədər 20 dəqiqəyə yaxın bişirin.
✅ Toyuğun üzərinin yaxşı qızarması üçün soba qabının içərisindəki sudan toyuğun üzərinə gəzdirin.

Plovun Hazırlanması
6

✅ Duru yağı bir plov qazanına alın və içərisinə incə-incə doğranmış soğanları əlavə edin.
✅ Qızarana qədər qovurun.
✅ Doğradığınız tərəvəzləri də əlavə edib qızarana qədər qovurun.
✅ Bütün ədviyyatları və suda açdığınız zəfəranı da əlavə edin.
✅ Bir az yenidən qovurun.
✅ Yuduğunuz düyüləri və tomatı da əlavə edib yaxşıca qarışdırın.
✅ 4 stəkan yarım qaynar suyu da əlavə edin və vam odda bişməyə qoyun.
✅ 10 dəqiqəyə yaxın bişdikdən sonra bişməsini yoxlayın.

Toyuqlu Plovun Servis Edilməsi
7

✅ Bişən və dəmlənən plovunuzu geniş bir servis tabağına yığın və üzərinə toyuğu yerləşdirin .
✅ İsti halda servis edin.

Nuş Olsun!