Əti yuyun. suyunu çəkdikdən sonra doğrayıb bişirin .
Şabalıdları çərtib 5 dəqiqə qaynar suda qaynadın və çıxardaraq qabığını soyun.
Albuxaranı 3-4 dəqiqə suda saxlayıb sonra suyunu boşaldın.
Baş soğanı soyub halqa şəklində doğrayaraq yağda qızardın.
Daha sonra əti də əlavə edərək qızardın.
Ayrı bir tavaya bir az yağ töküb vam odda şabalıdları qızardın.
Albuxaranı da vam odda qovurun.
Bunları ətlə soğan qarışımının üstünə töküb astaca qarışdırın.
Fincana limon suyu, bir az duz və sarıkök töküb qaynar su, yaxud da ət bulyonu əlavə edib qarışdırın.
Hazırladığınız ətin üzərinə tökün.
Yarım saat vam odda bişirin.
Aradabir astaca qarışdırın.
İsti halda servis edin.