Yazdırma Seçimləri:

Turşulu Küftə Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

🍲 Küftə Üçün Lazım Olan Ərzaqlar
 300 q az yağlı qiymə
 1 diş sarımsaq
 1 çay qayığı quru nanə
 1 ədəd yumurta
 ½ çay qayığı pul bibər
 2 yemək qaşığı un
 ½ stəkan düyü
 1 çay qayığı duz
Suyu Üçün
 4 ədəd pomidor
 2 ədəd kartof
 2 ədəd kök
 1 diş sarımsaq
 5 ədəd cəfəri
 ½ ədəd limon suyu
 1 yemək qaşığı pomidor tomatı
 1 yemək qaşığı un
 3 yemək qaşığı duru yağ
 2 l su
🍲Turşulu Küftə Üçün Ərzaqların Yığılması
1

✅ Küftə üçün lazım olacaq əti təmizləyib yuyun.
✅ Lazım ola biləcək qədər duzu kiçik kasaya yığın.
✅ İstifadə edəcəyiniz suyu bir şüşə bankaya süzün.
✅ Lazım olan tomatı kasaya alın.
✅ Lazım olacaq nanə qurusu və kəklikotunu da kasalara yığın.
✅ İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə alın.
✅ İstifadə edəcəyiniz düyünü yuyub kasaya yığın.
✅ Lazım olan kartofu yuyub kasaya alın
✅ İstifadə edəcəyiniz pomidoru yuyub kasaya yığın.
✅ Lazım olacaq kökü yuyub mətbəx dəsmalının üzərinə alın.
✅ İstifadə edəcəyiniz cəfərini yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olan unu bir kasaya yığın.
✅ Limon suyunu da bir stəkana süzün

🍲Turşulu Küftə Üçün Ərzaqların Hazırlanması
2

✅ İstifadə edəcəyiniz kartofların qabığını soyub kubik şəklində doğrayın.
✅ Küftə üçün lazım olacaq kökü də kubik halında doğrayın.
✅ Lazım olan cəfərini kiçik-kiçik doğrayın.
✅ Pomidorları rəndələyin.
✅ Sarımsağı kiçik-kiçik doğrayın.
✅ Küftəlik əti maşından keçirib qiymə hazırlayın.

🍲Turşulu Küftənin Hazırlanması
3

✅ Bir qabda küftə üçün lazım olan ərzaqları qataraq yaxşıca yoğurun.
✅ Küftə xərcindən kiçicik küftələr hazırlayın.
✅ Yuvarladığınız küftələri una bulayın.
✅ Küftələri bir aşsüzəndə ələyərək artıq unun çıxmasına çalışın.

🍲Turşulu Küftənin Bişirilməsi
4

küftə

✅ Bir qazanda duru yağ ilə birlikdə un, sarımsaq, kök və kartofu qovurun.
✅ Unun iyi çıxandan sonra rəndələdiyiniz pomidoru və pomidor tomatını əlavə edib bişirin.
✅ Bişən pomidorun üzərinə 2 litr suyu və limon suyunu əlavə edb qarışdıraraq qaynadın.
✅ Qaynayan şorbanın içərisinə küftələri də əlavə edib 10 dəqiqə qədər daha yüksək atəşdə bişirin.
✅ Küftələr yüksək atəşdə bişdikdən sonra 5 dəqiqə vam odda bişirin və ocağın altını qapadın.

🍲Turşulu Küftənin Servis Edilməsi
5

Hazır küftəni isti -isti servis edin.
İstədiyiniz salatla da servis edə bilərsiniz.

Nuş Olsun!