Yazdırma Seçimləri:

Üç Rəngli Börək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt55 dəq

Üç rəngli börək

Üç Rəngli Börək Üçün Lazım Olan Ərzaqlar
 4 ədəd yuxa
 250 q qiymə
 1 ədəd soğn
 4 ədəd kök
 500 q ispanaq
 5 yemək qaşığı maye yağ
 duz
 istiot
 nanə
 ½ dəstə cəfəri
 1 yemək qaşığı tomat
 2 ədəd yumurta sarısı
Üç Rəngli Börək Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz soğanları soyun.
✅ İstifadə edəcəyiniz duzu, istiotu və nanəni ayrıca kasalara yığın.
✅ İstifadə edəcəyiniz cəfərini yuyub mətbəx dəsmalının üzərinə alın.
✅ İstifadə edəcəyiniz kökü yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz ispanağı təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq duru yağı kasaya süzün.

Üç Rəngli Börək Üçün Ərzaqların Hazırlanması
2

✅ Soğanları küp-küp doğrayın.
✅ Hazırladığınız cəfərini incə-incə doğrayın.
✅ Hazırladığlnız kökü rəndələyin.
✅ Yuduğunuz ispanaqları da incə-incə doğrayın.

Ərzaqların Hazırlanması
3

✅ Əvvəlcə soğanları soyub küp şəklində doğrayın.
✅ Doğradığınız soğanları duru yağda qovurun.
✅ İçinə qiymə əlavə edib qovurmağa davam edin.
✅ Yaxşıca qovurduqdan sonra içərisinə istiot, nanə və duzu əlavə edin.
✅ Sonra isə incə-incə doğradığınız cəfəri əlavə edib ocağı söndürün.
✅ Ayrı bir qabda kökü rəndələyib bir şorba qaşığı duru yağ və duz ilə qarışdırın.
✅ Daha sonra incə-incə doğradığınız ispanaqları duz və duru yağ ilə qarışdırıb suyunu sıxın.

Börəyin Hazırlanması
4

✅ Yuxanın birini açın və hər tərəfinə qiyməli xərcdən yayıb rulon bükün.
✅ İkinci yuxanı açıb içərisinə köklü xərci yayıb rulon bükün.
✅ Üçüncü yuxanı da açıb içərisinə ispanaqlı xərci yayıb rulon kimi bükün.
✅ Daha sonra dördüncü yuxanı açıb içinə iki yemək qaşığı maye yağ tökün və hər yerinin yağlanmasına çalışın.

Börəyin Bükülmısi
5

✅ Açdığınız yuxanın orta hissəsinə hazırladığınız rulondan birini qoyun və yanına ikinci rulonu qoyun, üçüncü rulonu da iki rulonun üzərinə gələcək şəkildə qoyub dördüncü yuxa ilə birlikdə yenidən rulon kimi bükün.

Börəyin Bişİrilməsi
6

✅ Və iki barmaq genişliyində kəsib üzərlərinə yumurta sarısı yayıb qızarana qədər sobada bişirin.

Nuş Olsun!