Yazdırma Seçimləri:

Umac Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 5 dəq

Umac şorbası

Lazım Olan Ərzaqlar
 1 ədəd yumurta sarısı
 1 stəkan un
 1 yemək qaşığı kərə yağı
 2 diş sarımsaq
 1 stəkan qatıq
 təzə nanə
 pul bibər
 duz
 su
 12 yemək qaşığı un
Hazırlanma Qaydası
1

✅ Suyu dərin bir qazanda qaynamağa qoyun.
✅ Suya kərə yağın yarısını və bir iki diş kəsilmiş sarımsaq əlavə edin.
✅ Yumurtanın sarısı, duz, un və az-az əlavə edilən suyu bir qabda barmaq uçlarıyla yavaş -yavaş qarışdırın.
✅ Su miqdarı az tutulduğu üçün tam olaraq yoğrulamayan bu xəmir alınacaqdır.
✅ Həmin xəmiri ovcunuzda ovaraq kiçik hissələrə ayırın.
✅ Bu xəmir dənəciklərini bir aşsüzəndən keçirdin.
✅ Aşsüzəndən keçirtdiyiniz kiçik dənələri qaynayan suya əlavə edin.
✅ Aşsüzənin üzərində qalan iri dənələri bir kənara alın.
✅ Qarışdırma qabına qatığı və 1-2 qaşıq unu əlavə edib qarışdırın.
✅ Qatıqlı qarışığa su əlavə edib durulaşdırın.
✅ Qazanda qaynamaqda olan sudan bir çömçə alaraq qatıqlı suya əlavə edin.
✅ Çalışın ki, qaynar su qatığı çürütməsin.
✅ Qatıqlı qarışıq hazır olunca qazanda qaynamaqda olan şorbaya əlavə edib, vam odda bir neçə burum qaynadın.
✅ Geriyə qalan kərə yağı ilə aşsüzəndə qalan umac dənələrini qızarana qədər qovurun.
✅ İncə doğranmış təzə nanə və pul bibəri də əlavə edib bir-iki dəfə qarışdırın.
✅ Bu sosu şorbanın üzərinə isti-isti gəzdirin.
✅ Umac şorbasını sarımsaqlı qatıqla birlikdə servis edin.

Nuş Olsun!