Yazdırma Seçimləri:

Umac

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

umac

Hər payı üçün lazım olan ərzaq
 50 q un
 20 q ərinmiş kərə yağı
 2 ədəd yumurta
 1 ədəd soğan
 1 çimdik quru nanə
 1 çimdik zəfəran
 duz
Hazırlanma qaydası
1

umac

Çox zaman pəhriz xörəyi kimi təqdim edilir.
Bu xörək, adətən az miqdarda bişirilir və hazır olan kimi süfrəyə verilir. .
Qabaqca un ələnir və azacıq duzlu suda yumurta açılıb unun üstünə çilənir.
Un tumurcuqları əmələ gəlir.
Baş soğan soyulub narın halda doğranıb yağda qızardılır, bulyonda yaxud suda qaynadılır.
Hazırlanmış umac qaynar bulyona tökülür.
Arasıkəsilmədən qarışdırılır.
Süfrəyə verilən zaman umaca zəfəran şirəsi vurulur və üstünə nanə qurusu səpilir.