Yazdırma Seçimləri:

Ürək Formasında Tort

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 25 dəq

ürək formasında tort

Lazım Olan Ərzaqlar
 4 ədəd yumurta
 1 stəkan şəkər
 1 stəkan un
 1 paket qabartma tozu
 2 yemək qaşığı kakao
 1 stəkan süd
 2 ədəd banan(ortası üçün)
 1 stəkan su
İslatmaq Üçün
 2 yemək qaşığı şəkər tozu(islatmaq üçün)
 1 paket krem şanti
 1 paket vanilin
Krem Üçün
 2 stəkan soyuq süd
Hazırlama Qaydası
1

✅ Dərin bir qabda yumurtaları sındırın.
✅ Sındırdığınız yumurtaların üzərinə şəkəri əlavə edib yaxşıca çırpın.
✅ Yumurta və şəkər tamamən qarışdıqdan sonra üzərinə un, qabartma tozu, kakao və süd əlavə edib qarışdıraraq keks xəmirinizi hazırlayın.
✅ Keks xəmirimiz hazırdır.
✅ Əvvəlcədən sobanı qızdırın ki, keksiniz yaxşı qabarsın.
✅ Keks qəlibini yağlayaraq keks xəmirini onun içinə əlavə edin.
✅ Bişməyə qoyun
✅ Keksin bişib bişməməsini bir kürdanla yoxlayın.
✅ Keksiniz bişdikdən sonra keksin qəlibdə soyumasını gözləyin.
✅ Keks soyuduğu müddət ərzində keksin şərbətini hazırlayın.
✅ Su və şəkərlə hazırladığınız şərbəti soyuduqdan sonra keksin üzərinə gəzdirib keksi isladın.
✅ Bir gecə qaldıqdan sonra vanilin və bir stəkan soyuq südü krem şantiyə əlavə edib qarışdırın .
✅ Keks tabağında ortadan ikiyə böldüyünüz keksin alt hissəsini qoyun və üzərinə krem şanti yayın, dilimlədiyiniz bananlardan qoyun.
✅ İkinci keksi də əlavə edib üzərini qalan krem şanti ilə və qırmızı rəngli ürəklər ilə bəzəyin.
✅ Tortunuz servisə hazırdır.

Nuş Olsun!