Yazdırma Seçimləri:

Üzüm kompotu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt30 dəq

Üzüm kompotu

Lazım olan ərzaqlar
 2 stəkan üzüm giləsi
 5 stəkan su
 1 stəkan şəkər tozu
 darçın çubuqları
 2 ədəd mixək
Hazırlanma qaydası
1

Kompot hazırlamaq üçün əvvəlcə üzümlər ayırtlanır.
Bundan sonra təmiz suda 1-2 dəfə yuyulub durulanır.
Orta ölçülü bir qazan götürülür.
Bu qazana su, şəkər tozu, darçın (və ya mixək) və təmizlənmiş üzüm gilələri (və ya təmizlənib yuyulmuş kişmiş) hamısı birlikdə qoyulur.
Şəkər suda tamamən əriyənə qədər qarışdırılır.
Üzüm kompotu vam odda təqribən 15 dəqiqə qaynadılır.
Bundan sonra ocaqdan götürülür.
Kompot otaq temperaturuna gələnə qədər soyuması gözlənilir.
Bundan sonra kompot soyuducuya alınır və burada istənilən temperatura qədər soyudulur.
Kompot soyuq halda servis edilir.

Nuş olsun!