
Lazım olanlar:
- Üzüm: 1 kq,
- şəkər: 1,1 kq,
- limon duzu: 2 q,
- vanilin: 0,5 q.
Hazırlanma qaydası:
Üzüm mürəbbəsi iri və orta ölçülü və ətliyi bərk olan üzüm gilələrindən bişirilir. Üzüm gilələri seçilir və qaynar suda 1 dəqiqə pörtülür. Üzərinə şərbət əlavə edilib 6–8 saat saxlanılır. Əgər üzüm şirindirsə, şəkər 1 kq götürülür. Üzüm mürəbbəsi arada 10 saat saxlanılmaqla 2–3 dəfəyə bişirilir. Hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir.
Leave a Reply