Yazdırma Seçimləri:

Üzüm Mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

Üzüm qədim zamanlardan bəri ən faydalı meyvələrdən biri hesab edilib.
Üzümü digər meyvələrdən fərqləndirən ən önəmli xüsusiyyəti xərçəngə səbəb olan toksinləri bədəndən atmasıdır. Üzüm ən çox antioksidant ehtiva edən meyvədir.
Sizlərlə paylaşacağım bu ərzağın insan həyatı üçün necə faydası olduğundan danışacağıq.
Üzümdən hazırlanan qida məhsulları orqanizm üçün faydalıdır.
Üzümü hər mövsümdə yemək mümkündür.
Çünki onun qurusu, yəni kişmiş də çox faydalıdır.
Qış aylarında üzüm tapmayanda kişmiş yemək olar.
Üzümün mürəbbəsi, doşabı, sirkəsi də sağlamlıq üçün əvəz edilməzdir.
Bu bitkinin meyvəsi qədər yarpaqları da faydalı xüsusiyyətlərə malikdir.
Bu meyvənin tumları da sağlamlıq üçün əvəzedilməzdir.
Tumları antioksidantlarla zəngindir.
Orqanizmi siqaret və spirtli içkilərin tərkibindəki zərərli maddələrdən təmizləyir.
Bu səbəbdən üzüm yeyərkən tumlarını atmayın.
Qara üzüm daha faydalı hesab edilir.
Qanı təmizləyir və artırır, yaşlanmanı gecikdirir.
Dərini yaxşılaşdırır.
Beyin hüceyrələrini qidalandırır.
Xərçəngə qarşı mübarizə aparır.
Böyrək və bağırsaqların işini asanlaşdırır.
İnfarkt riskini azaldır.
Pis xolesterinin səviyyəsini aşağı salır.
Ürək damarlarını toksin və yağlardan təmizləyir.
Ödəmi atır, təzyiqi aşağı salır.
Revmatizm ağrılarını aradan qaldırır.

Üzüm mürəbbəsi

🍇Üzüm Mürəbbəsi Üçün Lazım Olan Ərzaqlar
 750 q üzüm
 650 q şəkər tozu
 ½ stəkan su
 1 yemək qaşığı təzə sıxılmış limon suyu
 1 ədəd darçın çubuğu
🍇Üzüm Mürəbbəsi Üçün Ərzaqların Yığılması
1

✅ Bol suda üzümləri yuyun.
✅ Aşsüzənə yığın ki, suyunu versin.
✅İstifadə edəcəyiniz şəkər tozunu kasaya yığın.
✅Lazım olacaq limonu yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq qədər suyu bir stəkana süzün
✅Mürəbbə üçün istifadə edəcəyiniz darçın çubuqlarını kasaya yığın.

🍇Hazırlanma Qaydası
2

✅ Artıq suyunu süzdüyünüz üzümlərin saplaqlarını təmizləyin.
✅ Təmizlənmiş üzüm dənələri və toz şəkəri dərin bir qazana alın.
✅ Öz suyunu salması üçün qapağı qapalı qazanda gözlədin.
✅İtifadə edəcəyiniz limonun suyunu kasaya sıxın.

🍇Üzüm Mürəbbəsinin Bişirilməsi
3

✅ Meyvələrin buraxdığı su miqdarı yetərli olmayacağından az miqdarda içmə suyu əlavə edib vam odda bişməyə buraxın.
✅ Qazanın üzərinə çıxan köpükləri bir kəfkir yardımıyla yığışdırın.
✅ Vam atəşdə 30 dəqiqə qədər qaynatdığınız mürəbbə qarışımına çubuq darçını qatıb 10 dəqiqəyə yaxın daha bişirin.
✅ Təmiz bir tabağa damlatdığınız mürəbbəni soyudub hazır olub-olmadığını kontrol edin.
✅ Çubuq darçını mürəbbənin içindən alın.
✅ Hazır olan mürəbbə qarışımına təzə sıxılmış limon suyunu əlavə edib yavaşça qarışdırdıqdan sonra ocaqdan alın.

🍇Üzüm Mürəbbəsinin Saxlanma Qaydası
4

✅ Qaynar suda gözlədib qurulanmış bankalara ocaqdan aldığınız mürəbbəni isti-isti tökün.
✅ Qapağını möhkəm bağladığınız bankanı tərs çevirib otaq temperaturunda soyutduqdan sonra ışıq keçirməyən bir mühitdə mühafizə edin.

Nuş Olsun!