Yazdırma Seçimləri:

Üzüm Mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 10 dəq

Üzümlərin keyfini uzun- uzadı yaşamaq üçün mürəbbə formasında saxlamağı qərara aldıq.
Banka -banka hazırladığınız mürəbbələri krem pendirlə birlikdə qızarmış çörək dilimlərinin üzərinə yaxdığınızda dadına doyum olmur.
Üzüm mürəbbəsi çox asan hazırlanır və çox dadlı alınır.
Üzümün çəyirdəklərini çıxartmaq lazım deyil.
Əksinə üzümü çəyirdəklərlə yemək lazımdır.
Onların tərkibində çox faydalı maddələr var.

üzüm mürəbbəsi

🍇 Üzüm Mürəbbəsi Üçün Lazım Olan Ərzaqlar
 750 q üzüm
 750 q şəkər tozu
 ½ stəkan su
 1 yemək qaşığı sıxılmış limon suyu
 1 çubuq darçın
🍇 Üzüm Mürəbbəsi Üçün Ərzaqların Yığılması
1

✅ Mürəbbə bişirəcəyiniz üzümləri ayırtlayıb bol suda yuyaraq suyunu süzmək üçün aşsüzənə yığın.
✅ Artıq sularını süzdüyünüz üzümlərin saplarını tək -tək təmizləyin.
✅ Mürəbbəyə qatacağınız şəkər tozunu bir ləyənə yığın.
✅ Ətirli olması üçün içərisinə qatacağınız darçın çubuğunu bir kasaya yığın.
✅ Mürəbbəyə qatacağınız limonu yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq 1 stəkan suyu da bir kənara alın.

🍇Üzüm Mürəbbəsi Üçün Ərzaqların Hazırlanması
2

✅Bütöv halda təmizlədiyiniz üzüm dənələrini və şəkər tozunu dərin bir qazana alın.
✅Üzüm dənələrini bütöv halda buraxa bildiyiniz kimi, iki bərabər hissəyə də bölə bilərsiniz.
✅Öz suyunu salması üçün qapağı qapalı qazanda gözlədin.
✅ Limonu iki hissəyə ayırıb suyunu bir kasaya sıxın.

🍇 Üzüm Mürəbbəsinin Bişirilməsi
3

✅Meyvələrin buraxdığı su miqdarı yetərli olmayacağından az miqdarda içmə suyu əlavə edib vam odda bişməyə qoyun.
✅Qazanın üzünə çıxan köpükləri bir kəfgir yardımıyla alın.
✅Vam odda 30 dəqiqə qədər qaynatdığınız mürəbbəyə çubuq darçın əlavə edib 10 dəqiqəyə yaxın daha bişirin.
✅Mürəbbənin sulanmaması üçün taxta bir qaşıq istifadə edin ya da qazanı aradabir silkələyin.
✅Təmiz bir tabağa damcılatdığınız mürəbbəni soyudub qatılığına diqqət edin.
✅ Çubuq darçını içindən çıxardın.
✅Hazır olan mürəbbəyə təzə sıxılmış limon suyunu əlavə edib yavaşça qarışdırdıqdan sonra ocaqdan alın.

🍇 Üzüm Mürəbbəsinin Saxlanma Qaydası
4

✅ Mürəbbəni yığacağınız bankaları əvvəlcə qaynar suda strelizə edin.
✅Qapağı möhkəm bağlanan və qaynar suda saxlanan bankaların suyunu təmiz silib qurudun.
✅ Hazır bankalara ocaqdan aldığınız mürəbbəni qaynar-qaynar yığın.
✅Qapağını möhkəm qapatdığınız bankanı tərs çevirib otaq temperaturunda soyutduqdan sonra işıq keçirməyən bir mühitdə muhafazə edin.

🍇 Üzüm Mürəbbəsinin İstifadə Qaydası
5

Şirniyyat və sos təriflərində sevdiklərinizlə paylaşın.
Pürrəngi çayla birlikdə servis edin.

Nuş Olsun!