Yazdırma Seçimləri:

Xəlbir naxışlı şirniyyat

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt2 dəq

Xəlbir naxışlı şirniyyat

Lazım olan ərzaqlar
 4 çay qayığı qatıq
 1 stəkan yağ(marqarin və ya duru yağ)
 1 stəkan şəkər
 1 paket qabartma tozu
 3,50 stəkan un
 1 ədəd limon qabığı rəndəsi
Şərbəti üçün
 3 stəkan şəkər
 3 stəkan su
 1 çay qayığı vanil
Hazırlanma qaydası
1

Qatığı, şəkəri, yağı, rəndələnmiş limon qabığını bir qabda şəkər əriyənə qədər qarışdırın.
Daha sonra qabartma tozu qarışdırdığınız unu əlavə edib yoğurun.
Hazırladığınız xəmiri 1 saat dincə qoyun.
Xəmirdən qoz böyüklüyündə parçalar qopardıb oval şəkli verin.
Rəndənin iri tərəfini xəmirin üzərinə bastırıb yağlanmış tabağa yığın.
Bütün xəmir bitəndə orta atəşdə sobada qızarana qədər bişirin.
Bir qazanda suyu və şəkəri vam odda 15 dəqiqə qaynadın.
Vanilini də əlavə edib atəşdən alın və soyumaya qoyun.
Sobadan çıxartdığınız isti şirniyyata soyuq şərbət tökün.
Şirniyyat şərbətini çəkib soyuyanda servis edin.

Nuş olsun!