Yazdırma Seçimləri:

Xaçapuri acaruli

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt40 dəq

xaçapuri acaruli

Lazım olan ərzaqlar
 1 çay qayığı toz şəkər
 duz
 1 kq un
 1 yemək qaşığı duru yağ
 1 stəkan süd
 1 paket qabartma tozu
 0,50 l ilıq su
İçlik üçün
 1 kq təzə pendir (sulquni pendiri)
 10 ədəd yumurta
 10 q kərə yağı
Hazırlanma qaydası
1

xaçapuri acaruli

Un ələnir.
Unu ələməkdə məqsəd yalnız içərisindəki yad cisimlərdən qurtarmaq deyil, eyni zamanda un dənəciklərinin hava alıb məhsulun daha da ləzzətli olmasına nail olmaqdır.
0,5 litr ilıq su südlə qarışdırılır və geniş bir qabda unun üzərinə tökülür.
Bunun içərisinə qabartma tozu, şəkər tozu, duz və maye yağ əlavə olunub qarışdırılır.
Xəmir yoğrulur.
Acaruli xaçapuri xəmiri çox bərk olmamalıdır.
Xəmir yoğrulub hazır olduqdan sonra xəmirin acıyıb gəlməsi və dincəlməsi üçün 1-1,5 saat gözlədilir.
Bu zaman xəmir isti yerdə gözlədilməlidir və üstü yaxşıca örtülür.
Xaçapuri acaruli xəmiri gözlədilərkən, içlik hazırlanır.
İçlik hazırlamaq üçün əvvəlcə pendir mətbəx rəndəsindən keçirilir və ovxalanır.
Bundan sonra hazır olan xəmir təqribən 200 qram ağırlığında kündələrə ayrılır.
Kündələmə işi qurtardıqdan sonra hər bir kündə xaçapuri acaruli bişirmək üçün yayılır.
Bu yayılan xəmirin içərisinə hazırladığımız pendir səpilir və kənarları qıvrılır.
Qayıq formasında bükülür.
Xaçapuri acaruli qayıq formasında büküldükdən sonra soba isidilir.
Bükülüb bişməyə hazır xaçapuri acaruli bu sobada təqribən 10 dəqiqə bişirilir.
Kənarları qızarmağa başlayan xaçapuri acaruli sobadan çıxardılır.
İçərisinə pendirin üzərinə 1 yumurta vurulur.
Ancaq bu zaman yumurtanın sarısının dağılmamasına diqqət yetirmək lazımdır.
Yumurta vurulan xaçapuri acaruli yenidən sobaya verilir.
Burada yumurtanın ağ hissəsinin bişməsini gözləmək kafidir.
Yumurtanın sarısı tam bişməməlidir.
Bunun üçün də təqribən 2-3 dəqiqə kifayət edir.
İsti-isti servis edin.