Yazdırma Seçimləri:

Xamalı Qoz Peçenyesi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt35 dəq

Xamalı Qozlu Peçenye

Xamalı Qoz Peçenyesi Üçün Lazım Olan Ərzaqlar
 1,50 stəkan un
 1 paket Kenton qabartma tozu
 1 paket Kenton şəkərli vanil
  stəkan şəkər tozu
 150 q kərə yağ
 50 q xama
 1 çimdik duz
 1 ədəd yumurta
İç Üçün Lazım Olan Ərzaqlar
  qaynadılmış qatılaşdırılmış süd
  qoz ləpəsi
Qoz Peçenyesi Üçün Ərzaqların Yığılması
1

1.Qoz peçenyesi üçün istifadə edəcəyiniz yumurtaları yuyub bir kasaya yığın.
2. İstifadə olacaq qədər şəkər tozunu kiçik kasaya yığın.
3. Peçenye üçün lazım olacaq xamanı da bir kasaya alın.
4. Lazım olacaq qədər kərə yağını bir kasaya alın.
5. Kenton şəkərli vanilini, Kenton qabartma tozunu ayrıca kasalara qoyun.
6. Xamalı qozlu peçenye üçün lazım olacaq unu yoğurma qabına ələyin.
7. Lazım olacaq qədər qatılaşdırılmış südü bir stəkana tökün.
8. Peçenyenin içərisinə qoymaq üçün lazım olacaq qozu təmizləyib bir kasaya yığın.
9. İstifadə edəcəyniz duzu bir kiçik kasaya alın.

Xamalı Qoz Peçenyesi Üçün Ərzaqların Hazırlanma Qaydası
2

Xamalı Qozlu Peçenye

1. Yumurtanı çırpma qabına sındırın.
2. Sındırdığınız yumurtanın üzərinə şəkər tozunu əlavə edib çırpın.
3. Yumurtalı qarışımın üzərinə xama əlavə edib qarışdırın ki, ərzaqlar tamamən qarışsın.
4.Xama qarışdıqdan sonra otaq temperaturunda olan kərə yağını əlavə edib yaxşıca qarışdırın.
5. Kərə yağının otaq temperaturunda olması vacibdir.
6. Bu ərzaqlar yaxşıca qarışdıqdan sonra duz əlavə edin.

Qoz Peçenyesi Üçün Xəmirin Hazırlanması
3

1. Kenton şəkərli vanil və Kenton qabartma tozunu una əlavə edin.
2. Unu yumurtalı qarışığa vurub xəmir yoğurun.
3. Hazır xəmir ələ yapışmır.
4. Hazır xəmiri çox kiçik parçalara ayırın.
5. Xəmiri peçenyeni bişirəcəyniz qəlibin gözlərinə yerləşdirin.
6. Qəlibin qapağını örtüb yaxşıca sıxın.

Qoz Peçenyesinin Bişirilmə Qaydası
4

1. Ocağı yandırın. və çalışın temperatur yüksək olsun.
2. Zəif odda bişirimək olmaz.
3. Peçenyeni temperaturu yüksək olan ocaqda bişirmək lazımdır.
4. Bişən məhsulu qəlibdən çıxartmaq üçün soyumasını gözləmək lazımdır.
5. Soyuyan qəlibdən peçenyeləri rahat çıxırtmaq olur.

Qoz Peçenyesinin Hazırlanma Qaydası
5

1. Soyuduqdan sonra qəlibdən çıxardıb yanlarında olan artıqlar təmizləyin.
2. İçərisinə bişmiş qatılaşdırılmış süd və qoz doldurun.
3. İki ədəd qapağı ağız-ağıza gətirərək qapadın.
4. Qoz şirniyyatınız hazırdır.

Qoz Peçenyesinin Servis Edilmə Qaydası
6

Hazır qozlu peçenyeni zövqünüzə uyğun bəzəyərək çayla birlikdə servis edə bilərsiniz.

Nuş olsun!