Yazdırma Seçimləri:

Xaşlama ət

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt50 dəq

Xaşlama ət

Lazım olan ərzaqlar
 1 kq sümüklü ət
 10 ədəd kişik ölçülü baş soğan
 8 ədəd kartof
 7 ədəd qurudulmuş bibər
 istiot
 duz
 pul bibər
 2 ədəd dəfnə yarpağı
Hazırlanma qaydası
1

Xaşlama ət

Sümüklü ət doğranılır və yuyulur.
Yuyulan doğranmış ət daha sonra qazana qoyulur.
Tez bişməsi üçün buxarlı qazandan istifadə edilməsi məqsədə uyğundur.
Buxarlı qazana qoyulan sümüklü ətin üzərinə 2 stəkan qaynar su əlavə edilir.
Bundan sonra ət olan qazan ocağın üzərinə qoyulur.
Qazan qaynamağa başladıqdan sonra üzərində əmələ gələn köpük alınır.
Köpüklər alındıqdan sonra qazana dəfnə yarpağı da əlavə edilir.
Qazanda müəyyən müddət qaynayıb yumşalan sümüklü ət yumşaldıqdan sonra buraya quru bibərlər, soyulmuş kartoflar və kiçik baş soğanlar əlavə edilir.
Bunları qarışdırdıqdan sonra ətə duz, pul bibər və istiot da əlavə edilir.
Ədviyyat da əlavə edilən xaşlama ət, bişməsi üçün qazanın qapağı örtülür və bişənə qədər vam odda bişirilir.

Nuş olsun!