Yazdırma Seçimləri:

Xəşil

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt25 dəq

Xəşil milli mətbəximizə məxsus olan qədim bir yemək növüdür. Xəşili yemək üçün qurud ayranından istifadə edirlər. Qurudun özü sağlamlığa çox faydalıdır. Qurud əzmək çox zövqlü bir işdir. Bəzi bölgələrimizdə xəşili bəkməzlə yeyirlər.

Ağbaba mahalı, qərbi azərbaycan yemekleri

Xəşil Üçün Lazım Olan Ərzaqlar
 3 stəkan bulğur
 1 yemək qaşığı un
 duz
Üzəri üçün
 1 stəkan süzmə qatıq
 qurut
 sarımsaq
 3 yemək qaşığı əridilmiş kərə yağı
Xəşil Üçün Lazım Olan Ərzaqların Yığılması
1

1. Xəşil üçün lazım olacaq qədər bulğuru ayırtlayıb yuyun.
2. Yuduğunuz bulğurun suyunu süzün və bir kasaya yığın.
3. Xəşil üçün istifadə ediləcək unu bir kiçik kasaya alın.
4. Lazım olacaq qədər duzu da kasaya yığın.
5. Xəşil üçün istifadə ediləcək qurudu yuyub üzərini təmizləyin.
6. Qurud yoxdursa istifadə edəcəyiniz süzmə qatığı kasaya alın.
7. İstifadə edəcəyinz kərə yağını tavaya alın.
8. Xəşil bişirmək üçün istifadə edəcəyiniz qazanı da ərzaqların yanına qoyun.
9. Xəşil üçün lazım olacaq sarımsağı təmzləyib həvəngdəstəyə yığın.

Xəşil Üçün Lazım Olan Ayranın Hazırlanma Qaydası
2

Ağbaba mahalı, qərbi azərbaycan yemekleri

1. Qurudu əvvəlcədən yuyub isladın.
2. Sonra bir qazana azca su tökün və qurudu suda əzin.
3. Qurud əzmək həm zövqlü , həm də bir az zəhmət tələb edən işdir.
4. Amma qurud əzməsi ləzzətli olur.
5. Qurud eyni zamanda sağlamlıq üçün də çox faydalıdır..
6. Hazırladığınız ayranı iri kasaya alın.
7. Əgər qurud yoxdursa süzmə qatıqdan istifadə edib ayran hazırlayın.
8. Bu ayran qatı olmalıdır, yəni qatıqdan bir az duru olsun.
9. Sarımsağı həvəngdəsdədə əzərək ayranın içərisinə qatın.

Xəşilin Bişirilmə Qaydası
3

1. Ocağı yandırın.
2. Xəşil bişirəcəyiniz qazanı ocağın üzərinə alın.
3. İçərisinə xəşl bişirmək üçün su qoyun.
4. Su qaynayana yaxın yuduğunuz bulğuru və duzu töküb qarışdırın .
5. Bulğur yaxşıca yumşalana qədər bişirin
6. Tam bişənə yaxın unu da əlavə edib möhkəm qarışdırın ki ,bir yerdə qalmasın.
7. Unun iyi çəkiləndən sonra ocağı söndürün.

Xəşilin Servis Edilmə Qaydası
4

1. Sonra geniş bir servis tabağına bişən xəşili yığın.
2. Bir qaşıq yardımıyla düzəldib ortasını çuxurlaşdırın.
3. İstəyə görə bu çuxura əvvəlcə ayran conra isə əridilmiş kərə yağı tökün.
4. Xəşilin ətrafına sarımsaqlı və ya sarımsaqsız ayran tökün.
5. Bunlardan sonra xaşılı isti halda servis edin.

Qeyd
5

xəşil

Xəşil bu təriflə qədim Ağbaba mahalında hazırlanırdı.

Nuş olsun!