Yazdırma Seçimləri:

Xırt-Xırt Börək

Verimlilik24 PorsiyonHazırlanma Müddəti15 dəqBişmə Vaxtı13 dəqÜmumi Vaxt28 dəq

xırt xırt-rulon-börək

Xırt-Xırt Börək Üçün Lazım Olan Ərzaqlar
 1 dəstə ispanaq yarpağı(sapları təmizlənmiş)
 6 ədəd göbələk
 200 q pendir
 12 ədəd yuxa
 2 yemək qaşığı duzsuz kərə yağı
 0,50 stəkan süd
 1 ədəd yumurta sarısı
 duz
 istiot
 toz qırmızı bibər
Xırt-Xırt Börək Üçün Ərzaqların Yığılma Qaydası
1

✅ Milli dad lavaşını bir siniyə alın.
✅ Börək üçün istifadə edəcəyiniz kərə yağını bir kasaya yığın.
✅ Börək üçün istifadə edəcəyiniz ispanaq yarpaqlarını yuyub suyunu alması üçün mətbəx dəsmalının üzərinə alın.
✅ Börək üçün istifadə ediləcək göbələkləri yuyub aşsüzənə yığın ki, suyunu alsın.
✅ Börək üçün istifadə edəcəyiniz yumurtaları yuyun.
✅ İstifadə ediləcək pendiri kasaya yığın.
✅ Börək üçün lazım olacaq südü bir stəkana süzün.
✅ İstifadə ediləcək duzu bir kasaya yığın.

Xırt-Xırt Börək Üçün Ərzaqların Hazırlanma Qaydası
2

xırt xırt-rulon-börək

✅ Əvvəlcə kiçik qazanda kərə yağını əridin.
✅ Əriyən kərə yağını bir kənarda 5 dəqiqə soyumağa qoyun.
✅ İçliyi hazırlamaq üçün ispanaq yarpaqlarını incə-incə doğrayın.
✅ Göbələkləri rəndələyin.
✅ Pendirləri barmaq şəklində doğrayın.
✅ Soba sinisinə yağlı kağız sərin.

Börəklərin Bükülmə Qaydası
3

✅ Bir qabda içlik üçün olan ərzaqları və ədviyyatları əzmədən qarışdırın.
✅ Soyuyan kərə yağına yumurta sarısını əlavə edib fırça ilə qarışdırın.
✅ 2 yarpaq börəklik yuxaların ucları bir- birinə dəyəcək şəkildə dəzgaha alın.
✅ Uclarını yapışdırmaq üçün fırça yardımı ilə kərə yağı sürtün.
✅ Yuxaların ortalarını fırça ilə çox az süd sürtün.
✅ İçlik üçün olan ərzaqları yuxanın uç hissəsinə yerləşdirin.
✅ Üzərinə barmaq şəklində kəsilmiş pendirləri əlavə edib rulon halında bükün.
✅ Rulonu bıçaq ilə 4 bərabər parçaya kəsin.
✅ Yağlı kağız sərilmiş siniyə düzün.
✅ Ərzaqlar bitənə qədər bu işləmi davam etdirin.
✅ Sinidəki börəklərin üzərinə kərə yağı qarışımını fırça ilə sürtün.

Börəklərin Bişirilmə Qaydası
4

✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada altlı-üstlü olaraq 10-15 dəqiqə bişirin.
✅ Sobadan çıxdıqdan sonra 5 dəqiqə dincə qoyun ki, bir az soyusun.

Börəklərin Servis Edilmə Qaydası
5

✅ Hazır börəkləri ayran və çayla birlikdə servis edə bilərsiniz. Səhər yeməyində rahatlıqla yeyə biləcəyiniz bir börəkdir.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 24