Yazdırma Seçimləri:

Xiyar Turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqÜmumi Vaxt20 dəq

Xiyar turşusu

Lazım Olan Ərzaqlar
 2 kq turşuluq xiyar
 1 ədəd diş-diş ayrılmış sarımsaq
 ½ stəkan noxud
 1 l turşu suyu
 ½ dəstə şüyüd
 12 ədəd dəfnə yarpağı
Hazırlanma Qaydası
1

✅ Körpə və kiçik xiyarları yaxşıca yuyun.
✅ Yuduqdan sonra suyunu süzməyə qoyun.
✅ Nəmli qalan hissələrini isə dəsmal ilə qurudun.
✅ Xiyarların üzərini bir neçə yerindən çəngəllə deşin.
✅ Turşu hazırlayacağınız bankaların alt hissəsinə 5-6 diş sarımsaq və noxud dənələri yerləşdirin.
✅ Xiyarları əzmədən bankaları doldurun.
✅ Xiyar qatlarının aralarına sarımsaq və noxud dənələri yığın.
✅ Bankanın üst hissəsinə şüyüd dəstəsi və bir neçə dənə dəfnə yarpağı qoyun.
✅ Daha öncə hazırladığınız turşu suyunu xiyarın üzərinə əlavə edin.
✅ Suyu da əlavə etdikdən sonra bankanın ağzını möhkəm bağlayın.
✅ Xiyarlar turşuduqca bankalardan sular axaraq azalır .
✅ Buna görə də su azaldıqca bankaya turşu suyu əlavə etmək lazımdır.
✅ Xiyar turşusu kölgə və ətraf temperatur şəraitində 3-5 həftə içində yeyilnməyə hazır olacaqlar.