Yazdırma Seçimləri:

Xiyar Turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqÜmumi Vaxt35 dəq

Turşu xiyar qışda xörəkləri dada gətirən, həm də salatlara əlavə edilən gözəl inqrediyentdir.
Müəyyən miqdarda turşu xiyar təkcə orqanizm üçün deyil, həm də beyin üçün faydalıdır.
Turşu nevroz və stressə təsir edir .
Xiyar turşusu qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir.
Turşu məhsulları probiotiklə zəngindir.
Bu səbəbdən də onlar həzm sisteminə də müsbət təsir göstərir.
Özünü həyəcanlı hiss edən adamlar üçün gündə bir ədəd duzlu xiyar faydalıdır.
Probiotik immun sistemini möhkəmləndirir və orqanizmə bir çox xəstəliklərlə mübarizə aparmağa kömək edir.

xiyar turşusu

Xiyar Turşusu Üçün Lazım Olan Ərzaqlar
 1 kq xiyar
 1 l su
 2,50 yemək qaşığı qaya duzu
 ½ stəkan sirkə
 1 çay qayığı limon duzu
 5 diş sarımsaq
 ½ dəstə şüyüd
 1015 ədəd noxud
 1 ədəd dəfnə yarpağı
Xiyar Turşusu Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅Turşuluq xiyarları yuyun və suyunun süzülməsi üçün aşsüzənə yığın.
✅ İstifadə edəcəyiniz qaya duzunu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz sirkəni bir stəkana süzün.
✅ Lazım olacaq limon duzunu kasaya yığın.
✅lazım olacaq sarımsağı soyub kasaya yığın.
✅İstifadə edəcəyiniz şüyüdü təmizləyib yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅ Turşu üçün lazım olacaq noxudu ayırtlayıb yuyaraq bir kasaya yığın.
✅ Turşu üçün istifadə edəcəyiniz dəfnə yarpağını yuyaraq bir kasaya yığın.

Xiyar Turşusu Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Turşunu hazırlayacağınız bankanı qaynar suda 1-2 dəqiqə qaynadın və ağzı açıq halda qurudun.
✅ Hazırladığınız xiyarları bıçaq yardımı ilə bir neçə yerdən deşin.
✅Turşunun içinə əlavə edəcəyiniz suyu öncə bir az qaynadın.
✅Qaynayan suyun ilınımasını gözləyin və otaq temperaturuna gələndə qaya duzu, limon duzu və sirkəni əlavə edin.

DİQQƏT
3

✅ Noxud turşunun tez gəlməsinə yardımçı olur.
✅ İstəsəniz turşuların daha uzun sürə dayanmalarını təmin etmək üçün alma ya da noxud əlavə edə bilərsiniz.

Turşunun Hazırlanma Qaydası
4

✅Bankanın ən altına təmizlənmiş şüyüdün yarısını yerləşdirin və düzgüncə xiyarı da yerləşdirin.
✅Qabıqları soyulmuş sarımsaqları və noxudları da əlavə edin.
✅Qaynayıb soyuyan suyu çömçə yardımı ilə yavaş- yavaş əlavə edin.
✅Ən son dəfnə yarpağını da yerləşdirin.
✅Qapağı qapatmadan qalan şüyüdü də əlavə edin.
✅Qapağı azacıq aralı qalacaq şəkildə 1 saat gözlədin.

Xiyar Turşusunun Saxlanma Qaydası
5

Turşuları hazırladıqdan sonra gün ışığı almayan sərin və quru bir yerə qaldırıb ilk 10 gün heç qapağını açmadan saxlayın.
Bu şəkildə hava almamış olacaqları üçün də xarab olmayacaqlar .
Turşuların hazır olma sürəsi 15 gün ilə 2 ay arasındadır.
Bu sürə turşuyu hazırladığınız ərzaqlara görə də dəyişəcəkdir.
Turşuların dayanma sürəsi 6 aya qədərdır.
İstəsəniz daha uzun sürə dayanmalarını təmin etmək üçün alma ya da noxud əlavə edə bilərsiniz.

Nuş Olsun!