Yazdırma Seçimləri:

Xiyar turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqÜmumi Vaxt15 dəq

Xiyar turşusu

Lazım olan ərzaqlar
 1 kq xiyar
  su (mümkünsə qaynar su)
 4 yemək qaşığı qaya duzu
 1 yemək qaşığı toz şəkər
 10 diş sarımsaq
 2 stəkan sirkə
 10 ədəd cəfəri
Hazırlanma qaydası
1

Xiyar turşusu

Təzə, sərt, kiçik və eynı ölçüdə xiyar işlədin. İçlərində əzik, çürük və kifli olanları ayırın.
Təmiz yuyun.
Xiyarı bankalara doldurun.
Duzunu uzərinə əlavə edin.
Sarımsaqlarını da bankalara yerləşdirin.
Sirkə əlavə edin.
Suyunu xiyarların üzərini örtəcək qədər tökün.
Cəfərini lap üstə qoyun və qapağını qapadın.
Dəzgah üzərində ya da düz bir yerdə 2 gün saxlayın ki , suyu azaldıqca üzərinə bir az daha su əlavə edin.
Qapağını möhkəm bağlayıb, sərin bir yerdə 4-5 həftə gözlətdikdən sonra istifadə edə bilərsiniz.

Qeyd
2

Xiyar turşusunun yeyiləcək hala gəldiyni belə anlamaq olar. Xiyarların rəngi sarıya dönür. Ortadan ikiyə bölündüyündə ətinin rəngi çöldən içə doğru eynı və saf görünüşdə olur. Ayrıca dad və iyin dəyişməsi ilə də anlaya bilərsiniz.