Yazdırma Seçimləri:

Xurma dolması

Verimlilik6 PorsiyonHazırlanma Müddəti25 dəq

Xurma dolması

Lazım olan ərzaqlar
 20 ədəd xurma
 1 stəkan qoz ləpəsi
 1 stəkan kişmiş
 1 stəkan quru qayısı
 1 yemək qaşığı tahin
 1 çay qayığı darçın
 100 q hind qozu
 1 yemək qaşığı bəkməz
 1 çay qayığı zəncəfil
Hazırlanma qaydası
1

Heç xurma dolması hazırlamısınız?
Xüsusi ilə Ramazan ayında xurma dolması süfrələrin bəzəyidir.
Qoz ləpəsini çox incə - incə döyün.
Qoz ləpəsi incə - incə döyüldükdən sonra quru üzümü robottan keçirdin.
Quru qaysını da robotdan keçirdin.
Bundan sonra tahin, bəkməz, darçın və qozla bərabər qarışdırın.
Xurmaları uzununa kəsin.
Bu zaman bir tərəfi kəsin, bir tərəfi kəsməyin.
Xurma qapaq kimi açılsın.
Bundan sonra uzununa kəsdiyiniz xurmaların çiyidini çıxardın.
Hazırladığınız içliyi kəsib çiyidini çıxartdığınız xurmanın içərisinə bol - bol doldurun.
İçərisini doldurduğunuz xurmaları hindistan qozuna bastırın.
Ləzzətli xurma iftar və sahur süfrəsinə verilmək üçün hazırdır

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 6