Yazdırma Seçimləri:

Yağlı turşu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

yağlı turşu

Lazım olan ərzaqlar
 1 kq incə qabıqlı acı bibər
 1 stəkan günəbaxan yağı
 1 stəkan sirkə
 1 stəkan su
 10 diş sarımsaq
 ½ dəstə cəfəri
 1 yemək qaşığı duz
Hazırlanma qaydası
1

Yağ, sirkə, su və duzu geniş bir qazanda qaynadın.
Yuyularaq sap və toxumları təmizlənən bibərləri hissə-hissə qaynayan qarışığa atın.
Ara-sıra maşa ilə bibərlərin üstlərindən basdırarak içlərinə qədər qarışığın təsir etməsinə çalışın.
Bibərlərin rəngləri yaşıldan sarıya dönənə qədər qaynadaraq bir qaba alın.
Bütün bibərlərə eynı işləmi tətbiq etdikdən sonra üzərinə arıtlanmış cəfəri səpin.
Hələ qaynamaqda olan (və suyu azalmış olan) qarışığın içərisinə halğa- halğa doğranmış sarımsaqları atın və 2-3 dəqiqə daha qaynadıb suyu ilə bərabər bibərlərin üzərinə tökərək soyumaya qoyun.

Nuş olsun!