Yazdırma Seçimləri:

Yarpaq xəngəli

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt1 saat

Yarpaq Xəngəli Üçün Lazım Olan Ərzaqlar
 Odad un
 1 ədəd yumurta
 duz
 2 stəkan su (xəmir yoğurmaq üçün)
 150 q kərə yağı
 quru soğan (üzəri üçün)
 qatıq (üzəri üçün)
 1 yemək qaşığı duru yağ(bişirmə suyu üçün)
Yarpaq Xəngəli Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz unu yoğurma qabına ələyin.
✅ İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə alın.
✅ Lazım olan duzu kasaya alın.
✅Xəngəli bişirəcəyiniz qazana suyu doldurub qaynaması üçün ocağa alın.
✅ İstifadə edəcəyiniz soğanları soyub doğrayın.
✅ Yağı tavaya alıb əriməyə qoyun.

Yarpaq Xəngəli Üçün Xəmirin Hazırlanma Qaydası
2

✅ Unun içərisinə duz vurub və 1 ədəd yumurta qırın.
✅ 2 stəkan su əlavə edib xəngəl üçün xəmir yoğurun.
✅ Xəmiri yoğurub artıq ələ yapışmamağa başladığı zaman xəmir bərabər ölçülü kiçik kündələrə ayırın.
✅ Oxlov vasitəsi ilə kündələri yayın.
✅ Yayma yayılarkən masaya yapışmaması üçün masanın üzərinə aradabir az un səpin.
✅ Yuxanı yaydıqdan sonra oxlova dolayın.
✅ Yuxanın ortasından oxlov boyunca kəskin bıçaq vasitəsi ilə kəsin.
✅ Kəsilən yarpaq xəngəl hissələri pozulmadan üst-üstə olduğu halda ortadan uzunlamasına bir dəfə də kəsin və bundan sonra eninə olaraq doğrayın.

Yarpaq Xəngəlinin Bişirmə Qaydası
3

✅ Yarpaq xəngəl bişirmək üçün geniş bir qazanda su qaynadın.
✅ Suya bir az duz, 1 qaşıq duru yağ vurun və qaynamasını gözləyin.
✅ Su qaynadıqdan sonra kəsilən xəngəl yarpaqları bir -birinə yapışmaması üçün tək - tək suya tökün.
✅ Aradabir qarışdırın.
✅ Xəngəl bişdikcə suyun üzərinə qalxacaqdır.
✅ Bişdikdən sonra suyunu süzün.

Yarpaq Xəngəlinin Üzəri Üçün Soğanın Hazırlanması
4

✅ Soğanı soyub doğrayın.
✅ Kərə yağını tavada əridin.
✅ Tavada əriyən kərə yağına doğranmış baş soğan və duz vurub soğanların rəngi karamelizə olana kimi qovurun.
✅ Geniş bir qaba alınan Yarpaq Xəngəli üzərinə qovrulmuş soğan və qatıq vurularaq süfrəyə verilir.

Yarpaq Xəngəlinin Servis Edilməsi.
5

✅ Xəngəli servis edəcəyiniz boşqablara sarımsaqlı qatıq tökün.
✅ Süzdüyünüz xəngəli boşqaba tökərək üzərinə sarımsaqlı qatıq tökərək qarışdırın ki, xəngəl yapışmasın.
✅ Lap sonda isə xəngəlin ezərinə hazırladığınız soğqn qovurmasını da əlavə edərək isti-isti servis edin.

Nuş Olsun!