Yazdırma Seçimləri:

Yaşıl Pomidor Turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqÜmumi Vaxt25 dəq

Yaşıl pomidor turşusu

Lazım Olan Ərzaqlar
 istənilən miqdarda yaşıl pomidor
 23 ədəd acı bibər
 5 yemək qaşığı qaya duzu
 1 l qaynadılıb soyutulmuş su
 23 yemək qaşığı şəkər
 810 diş sarımsaq
 2 ədəd limonun suyu
 1 stəkan üzüm sirkəsi
 cəfəri
 şüyüd
 noxud
Hazırlanma Qaydası
1

✅ Pomidorları yaxşıca yuyun.
✅ Bütöv istifadə edəcəksinizsə bıçağınızla 4-5 yerindən ortasına qədər deşin.
✅ Arzu etsəniz bütöv pomidorlarınızı alma dilimi kimi dördə də bölüb bankalara yığa bilərsiniz.
✅ Qaynar suda sterilizə edib qurutduğunuz bankaların alt hissəsinə 8-10 dənə noxud qoyun.
✅ Pomidorları bankalara əzilməyəcək şəkildə yerləşdirin .
✅ Bunu hazırlayarkən aralara sarımsaq və acı bibərlər də əlavə edin.
✅ Bankaların boğumuna qədər doldurmuş olduğunuz yaşıl pomidorların üzərinə cəfəri və ya şüyüd əlavə edin.
✅ Bir qab içərisində turşunun suyunu hazırlayın.
✅ Bunun üçün 1 lt qaynamış soyumuş suya, limon suyunu, şəkəri, iri dişli qaya duzunu qatıb qarışdıraraq bir turşu suyu əldə etmiş olarsınız.
✅ Arzu edənlər limon suyu yerinə sirkə istifadə edə bilər.
✅ Bəzən limon suyu və sirkəni birlikdə də istifadə edirlər.
✅ Turşu suyu cəfərinin üzərinə çıxacaq şəkildə bankaya doldurun.
✅ Turşu suyu pomidorların üzərini tamamən örtməzsə turşu xarab ola bilər.
✅ Qapağını sıx qapatdığınız turşularınızı sərin, günəş görməyən nisbətən qaranlıq bir ortamda turşumağa qoyun.
✅ Ən az 20-30 gün ərzində turşuyan pomidorları tükədə bilərsiniz.

Nuş Olsun!