Yazdırma Seçimləri:

Yayla Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt50 dəq

İsti havalarda da içimizə bir fərahlıq olsun deyə qatıqlı şorbalarını tez-tez tərcih edirik. Yayla şorbası tərkibində olan qatıq sayəsində tam bir vitamin deposudur.

yayla-şorbasi

Yayla Şorbası Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan düyü
 6 stəkan su
 2 stəkan qatıq
 1,50 yemək qaşığı un
 1 yemək qaşığı quru nanə
 1 çay qayığı duz
 2 yemək qaşığı kərə yağı
 2 yemək qaşığı limon suyu
 1 ədəd yumurta sarısı
 1 çay qayığı pul bibər
 2 yemək qaşığı zeytun yağı
Yayla Şorbası Üçün Ərzaqların Yığılması
1

✅ Düyünü ayırtlayıb təmiz yuyun və suyunu süzməsi üçün bir aşsüzənə yığın.
✅ İstifadə edəcəyiniz qatığı bir kasaya yığın.
✅ Lazım olan qədər unu kuçik bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz duz, quru nanə və pul bibəri ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz zeytun yağını bir stəkana süzün.
✅ Yayla şorbası üçün lazım olacaq kərə yağını kasaya alın.
✅ İstifadə edəcəyiniz suyu bir bankaya doldurun.
✅ İstifadə edəcəyiniz limonu yuyub mətbəx dəsmalının üzərinə yığın.

Yayla Şorbasının Bişirilməsi
2

✅ Yayla şorbasını bişirəcəyiniz qazana 2 stəkan qatıq,1.5 yemək qaşığı un, 1 çay qaşığı duz və 2 yemək qaşığı limonun suyunu əlavə edib yaxşıca çırpın ki, içərisində topaclanmalar olmasın.
✅ 1 yumurtanın sarısını da bu qarışıma əlavə etdikdən sonra yenidən yaxşıca qarışdırın.
✅ Ocağı yandırın və qazana 6 stəkan da su əlavə edib orta odda qaynamağa qoyun.
✅ Şorba qaynamağa başlayanda yuduğunuz düyünü də əlavə edib yenidən qaynamağa qoyun.
✅ Ayrı bir tavada 2 yemək qaşığı zeytun yağını və kərə yağını qızdırın.
✅ 1 yemək qaşığı quru nanəni də üzərinə əlavə edib ocaqdan alın.
✅ Hazırladığınız yağı qaynamaqda olan yayla şorbasının üzərinə əlavə edin.
✅ Yaxşıca qarışdırıb ocaqdan alın.

Qatıqlı Şorbaların Kəsilməməsi Üçün Nə Etməli?
3

şorbanın çürüməməsi üçün

✅ Qatıqlı şorbaların hamısında un,yumurta və limon suyu iştifadə edilir.
✅ Çalışmaq lazımdır ki, bu ərzaqların hamısı təzə olsun.
✅ Qatığın turşumamış olmasından əmin olun.
✅ Bütün ərzaqları bir qabın içərisində yaxşıca qarışdırın.
✅ Xüsusən də unun topaqlanmaması üçün mütləq ələyərək tökün.
✅ Bu zaman çırpma telindən və yaxud mikserdən istifadə edə bilərsiniz.
✅ Bütün ərzaqları yaxşıca çırpdıqdan sonra mütləq otaq temperaturunda gözlədin.
✅ Şorbanız isti, qarışım da soyuq olarsa o zaman şorbanız çürüyə bilər.
✅ Qarışım bir az qaldıqdan sonra şorbanın suyundan qarışıma bir neçə çömçə əlavə edin və yaxşıca çırpın.
✅ Bu zaman şorba və qarışım bir -birini tamamlamış olacaqdır.

Yayla Şorbasının Servis Edilməsi
4

yayla şorbası

Yayla şorbasını servis edərkən üzərinə qırmızı pul bibər səpə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0