Yazdırma Seçimləri:

Şaxta Baba Tortu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 10 dəq

Yeni ilin gəlməsinə çox az bir zaman qaldı. Bunu nəzərə alan 1001dad.com saytı sizlər üçün yeni ilə özəl salatlar, tortlar hazırlamaq üçün reseptlər təqdim edəcəkdir. Bu gün sizlər üçün də maraqlı olacaq bir Şaxta baba tortunun reseptini paylaşacağıq. Çox asan və rahat, az malzəmə ilə hazırlanan bu tort bayram günlərində süfrələrinizi bəzəyəcəkdir.O zaman gecikmədən nəfəsi mətbəxdə alın. Yeni ilniz mübarek olsun!!!

Şaxta Baba Tortu Üçün Lazım Olan Ərzaqlar
Keks Üçün
 6 ədəd yumurta
 6 yemək qaşığı dolu şəkər tozu
 6 yemək qaşığı dolu un
 1 paket vanilin
Kremi Üçün
 1 stəkan soyuq süd
 1 paket krem şanti
 250 q kərə yağı
 1 paket vanilin
 4 yemək qaşığı qatılaşdırılmış süd və yaxud
 4 yemək qaşığı şəkər pudrası
Şaxta Baba Tortu Üçün Ərzaqların Yığılması
1

İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
İstifadə edəcəyiniz unu bir kasaya yığın.
Lazım olacaq şəkər tozunu kasaya yığın.
İstifadə edəcəyiniz kərə yağını kasaya yığın.
Lazım olacaq südü stəkana süzün.
Lazım olacaq vanilini kasaya yığın.
İstifadə edəcəyiniz qatılaşdırılmış südü kasaya yığın.
İstifadə edəcəyiniz krem şantini bir kasaya yığın.

Şaxta Baba Tortu Üçün Ərzaqların Hazırlanması
2

Tortu bişirmək üçün əvvəlcə yumurtaları çırpma qabına sındırın.
24 sm-lik kələfçəli tort qabının alt hissəsinə kağız sərib yanlarını isə duru yağla yağlayıb un səpin.
Keksin ununu bir qaba ələyin.
Krem şanti ilə südü qatın.
Tort üçün şəkər xəmirlərinin formalarını hazırlayın.

Şaxta Baba Tortu Üçün Kremin Hazırlanması
3

Kremini hazırlamaq üçün əvvəlcə 250 q kərə yağını qarışdırma qabına alın.
Mikserin yardımı ilə əvvəlcə zəif, sonra isə yüksək sürətlə qarışdırın.
Kərə yağı krem halına gələnə qədər qarışdırın.
Bundan sonra üzərinə vanilin və 4 yemək qaşığı qatılaşdırılmış südü əlavə edib 2 dəqiqə yenidən qarışdırın.
Süd yerinə şəkər tozu da istifadə edə bilərsiniz.
Artığ krem hazırdır.
Hazır kremdən 2 yemək qaşığı ayırın.

Şaxta Baba Tortu Üçün Keks Xəmirinin Hazırlanması
4

Keks xəmiri üçün əvvəlcə qarışdırma qabına 6 ədəd yumurtanı sındırın.
Yumurtanın içərisinə 6 qaşıq şəkər tozunu əlavə edin.
Sonra qabarana qədər əvvəlcə mikserin aşağı sürətində, sonra isə yüksək sürətlə çırpın.
Yumurta tamamilə ağarana qədər çərpın.
Bunun üçün 12 dəqiqə vaxt lazım olacaq.
Bundan sonra isə yumurtanın üzərinə unu ələyin.
İstiqaməti dəyişmədən eyni qaydada çırpma teli vasitəsi ilə orta sürətlə qarışdırın.
Belə etsəniz un çox normal qarışacaqdir.
Xəmir hazır olduqdan sonra hazırladığınız qəlibə xəmiri yayın.

Keksin Bişirilməsi
5

Sobanı əvvəlcədən 170 dərəcəyə yaxın qızdırın.
Qızdırdığınız sobada keksin üzəri qızarana qədər bişirin.
Keksin üzəri qızardığdan sonra sobadan alıb soyumağa qoyun.
Keks ilk istiliyini verdikdən sonra qəlibdən çıxardıb 3 bərabər hissəyə ayırın.

Keksin Hazırlanması
6

Hissələrə ayırdığınız keksin üzərinə krem şantidən çəkin.
Bu qayda ilə qatları bir -birinin üzərinə qoyaraq aralarına krem şanti çəkin.
Keksin qatlarını kremlədikdən sonra üzərini ayırdığımız yağlı kremlə tamamən örtün.

Şaxta Baba Keksinin Bəzədilməsi
7

Keksin üzərini şəkər xəmiri ilə süsləyin.
Bunun üçün ya hazır xəmirdən yaxud da özünüz hazırlaya biləcəyiniz xəmirdən istifadə edə bilərsiniz.
Hazır xəmir ilə keksin üzərini örtüb artıq qalan hissələrini kəsib ayırın.
Sonra Şaxta babanın papağını hazırlayın .
Xəmiri qırmızı rənglə rəngləndirin.
Şaxta babanının sifətini, bığlarını, qaşlarını da hazırlayıb tortun üzərinə yapışdırın.

Diqqət
8

Şəkər xəmirini bir-birinə yapışdırmaq üçün sudan isrifadə edin.

Nuş Olsun!