Yazdırma Seçimləri:

Yerköklü keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

Lazım olan ərzaqlar
 1 ədəd portağal
 250 q kök,
 4 ədəd yumurta
 120 q şəkər
 12 ml üzüm çəyirdəyi yağı
 125 q quru üzüm
 250 q un
 1 çay qayığı toz darçın
Sosu üçün
 200 q pendir
 100 q otaq temperaturunda yumşaq marqarin
 80 q pudra şəkəri
 120 q əzilmiş hind qozu
Hazırlanma qaydası
1

Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
Portağalın qabıqlarını rəndələyin və suyunu sıxın.
Kökün qabıqlarını soyduqdan sonra rəndələyin.
Mətbəx robortunda yumurtaları, şəkəri qarışdırın.
Üzərinə portağal suyunu və qabıqlarını, üzüm çəyirdəyi yağını və vanilini əlavə edin.
Unu, üzüm yağı və kökü qatdıqdan sonra yenidən qarışdırın.
Yağlanmış keks qəlibinin içinə karışığı tökün və 35 dəqiqəyə yaxın bişirin.
Keksi qəlibdən çıxardın və soyumağa qoyun.
Sosun ərzaqlarını qatılaşana qədər qarışdırın və bir spatulayla keksin üzərinə sürtün.
Son olaraq üzərinə Hind qozu səpin.

Nuş olsun!