Yazdırma Seçimləri:

Yorğan Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

Yorğan Keksin Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 2 stəkan un
 5 ədəd yumurta
 1 stəkan şəkər tozu
 1 stəkan bitki yağı
 1 stəkan ilıq su
 4 yemək qaşığı kakao
 1 paket vanil
 1 paket qabartma tozu
Yorğan Keksin Üzəri Üçün
 5 yemək qaşığı Un
 500 q Labne pendiri
 2 ədəd yumurta
 4 yemək qaşığı nişasta
Yorğan Keksin Xəmirinin Hazırlanması
1

yorgan keks-yumurta

✅ Yorğan keksi hazırlamaq üçün əvəlcə yumurtaları mikserdə yaxşıca çırpın.
✅ Çırpılan yumurtaların üzərinə şəkər tozu əlavə edib bunları da mikserde qarışdırın.
✅ Şəkərli yumurtaya bitki yağı əlavə edin.
✅ Sonra su əlavə edin.
✅ Qarışığı mikserdə qarışdırılmağa davam edin.
✅ Unu ələyin.
✅ Bu unun yarısını qarışığa əlavə edib, yarısını da üzəri üçün ayırın.
✅ Kakaonu ələkdən keçirin.
✅ Bu zaman kakaonun içərisində topaqlar qalmır.
✅ Ələnən kakao və unu yaxşıca qarışdırın.
✅ Unun qalan hissəsini götürün.
✅ Buna qabartma tozu, vanil, vurub qarışdırın.
✅ Vanil, un və qabartma tozunu qarışığı yavaş – yavaş əvvəlcədən hazırladığınız yumurtaya əlavə edib möhkəm qarışdırın.
✅ Keks qəlibinə bişirmə kağızı sərin.
✅ Keks qəlibinin kənarlarını yağlayın.
✅ Bu, keksin qəlibdən rahat çıxmasını təmin edir.
✅ Keks xəmirini qəlibə alın.

Yorğan Keksin Üzərinin Hazırlanması Qaydası
2

✅ Mikser qabına labne pendiri və yumurta əlavə edin.
✅ Mikserde bunları çırpın. .
✅ Yumurta və labne pendiri qarışığına şəkər kirşanı, nişasta, un əlavə edin.
✅ Un və nişasta ayrı bir qabda daha əvvəlcədən bir-birinə qarışdırılarsa çox yaxşı olar.
✅ Bütün məhsulları yaxşıca qarışdırın.
✅ Hazırlanan kütləni qəlibdəki keks xəmirinin üzərinə yorğan sırığı formasında vurun.

Yorğan Keksin Bişirilməsi
3

✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın isidin.
✅ Keks qəlibini sobaya verin.
✅ Arada bişib - bişməməsini təmiz kibrit çöpü və ya kürdan vasitəsi ilə yoxlayın.
✅ 180 °C isidilmiş sobda təqribən 30-35 dəqiqə bişirin.

Nuş Olsun!