Yazdırma Seçimləri:

Yumşaq çörək

Verimlilik3 PorsiyonHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

Yumşaq Çörək

Lazım olan ərzaqlar
 290 ml su
 500 q ələnmiş un
 3 yemək qaşığı qatıq
 3 yemək qaşığı otaq temperaturunda kərə yağı
 1 yemək qaşığı bal
  duz
 1 paket instant maya
Hazırlanma qaydası
1

Ev şəraitində Yumşaq çörək bişirmək üçün unu ələyin və geniş bir qaba (ləyən) qoyun.
Bu ələdiyiniz unun ortasını hovuz kimi açın.
Bu un hovuzunun çuxuruna xəmir üçün götürdüyünüz bütün məhsulları (ərinmiş kərə yağı, qatıq, , bal, duz,insant maya, su) qoyun.
Sonra unu yavaş - yavaş hovuzun kənarlarından iç hissəsinə alaraq yumşaq qatılıqda bir xəmir hazırlayın.
Xəmiri yaxşıca yoğurun.
Sonra xəmiri toplayın.
İndi isə Yumşaq Çörək bişiriləcək xəmiri acıtmaq lazımdır.
Bunun üçün hazır xəmiri bir qaba qoyun.
Qabın üzərini streç film və ya qapaqla örtün və mümkün olsa qabı parça ilə də örtün.
Xəmirin acıması üçün isti bir yerdə təqribən 30 dəqiqə gözlədin.
Sıra gəldi çörək bişiriləcək qəlibin hazırlanmasına.
Bunun üçün qəlibin içərisini yağlı kağız ilə örtün.
Acımış xəmiri səliqəli bir şəkildə qəlibə yerləşdirin.
Xəmiri bu şəkildə də təqribən yarım saat gözlədib yenidən acıyıb özünü tutmasını gözləyin.
Xəmirin acıyıb mayalanması çox vacibdir.
Bu zaman çörək şişir və içərisində gözənəklər meydana gəlir.
Sobanı 200 dərəcəyə isidin.
Xəmiri isti sobaya yerləşdirin.
Yumşaq çörək burada təqribən 10 dəqiqə bişirilir.
Bundan sonra sobanın temperaturu 170 dərəcəyə azaldılır.
170 dərəcə temperaturlu sobada çörək təqribən 30-35 dəqiqə bişirilir.
Bundan sonra bişib hazır olan Yumşaq Çörək sobadan çıxardılır.
Çörək içinin xəmirləşməməsi və hava alması üçün müəyyən bir vaxt setka üzərində gözlədilir.
Artıq rahatlıqla Yumşaq Çörək süfrəyə verilə bilər.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 3