Yazdırma Seçimləri:

Yumurta Dolması

Verimlilik5 PorsiyonHazırlanma Müddəti50 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt1 saat

yumurta dolması

Lazım Olan Ərzaqlar
 5 ədəd yumurta
 500 q yağsız qiymə
 1 dəstə təzə soğan
 2 diş sarımsaq
 2 yemək qaşığı xardal
 1 yemək qaşığı ketçap
 3 yemək qaşığı süzmə zeytun
 1 yemək qaşığı qarğıdalı unu
 cirə
 duz
 pul bibər
 istiot
 kəklikotu
Sosu Üçün
 1 yemək qaşığı qatıq
 1 yemək qaşığı qarğıdalı unu
 1 yemək qaşığı mannı
 1 çay qayığı xardal
 1 diş sarımsaq
 ½ yemək qaşığı doğranmış şüyüd
 toz qırmızı bibər
 sumaq
Qızartmaq Üçün
 ½ stəkan buğda unu
 qarğıdalı unu
 1 yemək qaşığı mannı
 2 ədəd çırpılmış yumurta
 1 stəkan suxarı unu
 1 l duru yağ
Diqqət!
1

✅ Yumurtaların çox az bişməsinə diqqət edin.
✅ İstədiyiniz kimi bişməsi üçün buzlu suya qoya bilərsiniz.
✅ Yumurtaları az bişirdiyiniz üçün soyarkən çalışın dağılmasınlar.
✅ Rahat soyulması üçün qaynama suyuna bir miqdar duz əlavə edin.
✅ Hazırladığınız qıyməni yumurtanın üzərinə örtərkən qarışımın çox qaln olmamasına çalışın , əks təqdirdə içərisinin bişməsi çox gecikə bilər.

Hazırlanma Qaydası
2

✅ Sosunu hazırlamaq üçün rəndələdiyiniz sarımsaq və digər ərzaqları bir kasada çəngəl yardımı ilə qarışdırın.
✅ Əvvəlcədən otaq temperaturuna gətirdiyiniz yumurtalara bir miqdar duz əlavə edərək qaynar suda 3- 4 dəqiqə bişirin.
✅ Bişmənin davam etrməməsi üçün yumurtaları soyuq suya qoyun.
✅ Soyutduğunuz yumurtaları soyup üzərindəki nəmi bir kağız dəsmal yardımıyla qurulayın.
✅ Qiymə, incə- incə doğradığınız təzə soğanlar, rəndələnmiş sarımsaq və diğər ərzaqları dərin bir qabda yaxşıca qarışdırıb yoğurun.
✅ Ərzaqlar tamamən qarışdıqdan sonra qarışığı 5 bərabər hissəyə bölün.
✅ Qiymə parçalarının birini əlinizlə yaxşıca düzləşdirin.
✅ Üzərinə bişirdiyiniz yumurtanı qoyub altdan yanlara doğru yavaş yavaş qiymənin üzərinə yaxın.
✅ Sonra yumurtanı həddindən çox əzmədən iki əlinizin arasında şəkil verin.
✅ Qiymənin yumurtanın ətrafını eyni qalınlıqda örtməsinə çalışın.
✅ Qalan yumurtalar üçün də eyni işləmi yerinə yetirin.
✅ Hazırladığınız küfələri əvvəlcə una, sonra isə çırpılmış yumurtaya və sonda isə suxarı ununa batıraraq yaxşı qızdırdığınız yağın içərisində 3-4 dəqiqə qızardın.
✅ Qızartdığınız yumurtalı küftələri kağız dəsmal üzərinə alaraq yağının sorulmasını gözləyin.
✅ Ortadan ikiyə bölüb əvvəlcədən hazırladığınız sosu da əlavə edərək isti halda servis edin.
✅ Yağı yaxşı qızdırsanız yemək yağı az çəkə bilər və xırt -xırt olar.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 5