Yazdırma Seçimləri:

Yumurta Və Holland Pendirli Simit

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt30 dəq

Səhər yeməklərində vazkeçə bilməyəcəyiniz yumurtalı simit keyfinizə keyf qatacaq bir yeyəcəkdir.

Yumurtalı və holland pendirli simit

🥪 Yumurta Və Holland Pendirli Simit Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd yarı bişmiş, donmuş simit
 1 ədəd yumurta
 2 ədəd dilim pomidor
 kiçik doğranmış şüyüd
 100 q holland pendiri
 duz
🥪Yumurta Və Holland Pendirli Simit Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə etmək üçün lazım olan yarıbişmiş simiti bir kasaya alın.
✅ Yumurtanı yuyub mətbəx dəsmalının üzərinə əlın.
✅ İstifadə edəcəyiniz pomidoru yuyub mətbəx dəsmalı ilə suyunu qurudun.
✅ İstifadə edəcəyiniz şüyüdü yuyub mətbəx dəsmalının üzərinə yığın suyunu çəksin.
✅ İstifadə edəcəyiniz holland pendirini, duzu ayrı-ayrı kasaya alın.

🥪Simit Üçün Ərzaqların Hazırlanması
2

✅ Yumurtanın ağını sarısından diqqətlicə ayırın.
✅ Yumurtanın ağını duzla birlikdə qabarana qədər çırpın.
✅ Pomidoru da kiçik-kiçik doğrayın.
✅ Şüyüdü kiçik-kiçik döğrayın.
✅ Pomidor və incə doğranmış şüyüdü spatula yardımıyla qabaran yumurta ağına qarışdırın.
✅ Simitləri ortadan ikiyə ayırın.
✅ Holland pendirini nazik şəkildə doğrayın.

🥪Yumurta Və Holland Pendirli Simitin Bişirilmə Qaydası
3

Yumurtalı və holland pendirli simit

✅ Sobanı əvvəlcədən200 dərəcə qızdırın.
✅ Yarı bişmiş donmuş simiti 15dəqiqə dincəldin və 6 dəqiqə bişirin.
✅ Bişən simiti ortadan ikiyə kəsin və holland pendirini içərisinə yerləşdirərək təkrar üzərini qapadın.
✅ Yumurtanı bişirmək üçün sobanın istisinin normallaşdığına əmin olun.
✅ Çırpılmış yumurta ağını çox saxlamadan simitə yayın.
✅ Simiti yağlı kağız sərili soba listinə yerləşdirin.
✅ Fansız proqramı istifadə edərək yumurtanızın dağılmasının qarşısını ala bilərsiniz.
✅ Ortasına yumurtanı yerləşdirin.
✅Yumurtanın ortasını xəfif açın və yumurta sarısını yerləşdirin.
15dəqiqə 165 dərəcədə bişirin.
.

🥪 Yumurtalı Və Holland Pendirli Simitin Servis Edilməsi
4

İsti-isti çayla birlikdə servis edin.
Uşaqların sabah qəhvəaltında sevərək yeyəcəkləri bir yeməkdir.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 1

Porsiya 1