Yazdırma Seçimləri:

Yumurtalı Çörək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Yumurtalı çörək

Lazım Olan Ərzaqlar
 34 ədəd yumurta
 2 yemək qaşığı duru yağ
 ½ stəkan süd və ya qatıq
 duz
 istiot
 5 ədəd incə doğranmış çörək dilimləri
Qızartmaq Üçün
 duru yağ
Hazırlanma Qaydası
1

✅ Çörəkləri incə- incə dilimləyib kənara alın.
✅ Yumurtaları geniş bir qab içərisində öncə yağ ilə, ardından südünü də əlavə edib yaxşıca çırpın.
✅ Süd yoxsa, qatıq da tərcih edilə bilər.
✅ Bu yumurtaların ağırlığını alır və çörəklərin yumşaq olmasını təmin edir.
✅ Duz və istiotu əlavə edib bir az daha çırpın.
✅ İstiot nə qədər az tərcih edilsədə, ənənəvi təriflərdə istiotun mühüm yeri vardır.
✅ Hətta çox az pul bibər atılması arzuya görədir.
✅ Uşaqlar üçün hazırlananlar da istiot və pul bibər vurulmaya da bilər.
✅ Çörəklərin hər iki tərəfini yumurtalı qarışıma bulayın və çörəyin üzərində olan artıq yumurtanı çəngəllə sıyırın ( yoxsa qızartma yağınız çox köpüklənər ), hər iki tərəfini də nar kimi olana qədər qızardın.
✅ Yumurtalı çörəkləri sobada bişirərkən isə yenədə çörəkləri yumurtada isladın və azca yağlanmış soba sinisində alt üst qızardın.
✅ Çörəklər bişdikdən sonra artıq yağları çəkmək üçün kağız dəsmalın üzərinə yığın və ilıq halda servis edin.

Nuş Olsun!