Yazdırma Seçimləri:

Yumurtalı Gözləmə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt15 dəq

Yumurtalı gözləmə . Səhərlərin sevimli yeməyi. Çox asand və tez hazırlanan bir resept. Evdə hazır yuxayla bişirə biləcəyiniz bir gözləmə. Çox az ərzaqla yağsız bişən bir yeməkdir.

yumurtalı gözləmə

Yumurtalı Gözləmə Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd Millidad lavaş
 3 ədəd yumurta
 kərə yağı
 holland pendiri
 ala biləcəyi qədər duz
 0,50 çay qayığı qırmızı bibər
 0,50 çay qayığı istiot
👉Yumurtalı Gözləmə Üçün İstifadə Olunan Ərzaqların Yığılması Qaydası
1

Yumurtalı Gözləmə

✅ Yumurtaları yuyub suyunu silin və bir kasaya qoyun.
✅ Duz, istiot və pul bibəri ayrı-ayrı qablara yığın.
✅ İstifadə edəcəyiniz holland pendirini rəndələyərək iri bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz Milli dad lavaşını torbadan çıxardın.
✅ Yumurtalı gözləmə bişirəcəyiniz tavanı azca yağlayın.

👉Yumurtalı Gözləmə Bişirmək Üçün Ərzaqların Hazırlanma Qaydası
2

✅ Gözləmə üçün istifadə edəcəyiniz yumurtaları bir qaba sındırın.
✅ Sındırdığınız yumurtaların üzərinə lazım olacaq qədər duz, istiot və pul bibəri əlavə edib qarışdırın.
✅ Gözləmə üçün rəndələdiyiniz bir kasa holland pendirini də bu qarışıma əlavə edib qarışdırın.
✅ Ocağı yandırın.
✅ Bişirəcəyiniz tavanı ocağın üzərinə qoyub qızdırın.
✅ Yumurtalı gözləmə bişirəcəyiniz tavanı kərə yağla yağlayın.

👉Yumurtalı Gözləmənin Bişirmə Qaydası
3

✅ Yumurtalı gözləmə bişirmək üçün 2 ədəd Milli dad lavaşını tavanın içərisinə açın.
✅ Hazırladığınız içliyi Milli dad lavaşın üzərinə əlavə edərəkbərabər yayın.
✅ Tavada bişirəcəyiniz yumurtalı gözləmənin ərzaqlarının üzərini bir ədəd Milli dad lavaşı ilə qapadın.
✅ Sonra tavanın üzərini qapaqla örtün.
✅ Yumurtalı gözləmənin bir üzü bişdikdən sonra o biri üzünə çevirin və bişəndən sonra ocağı söndürün.

👉Yumurtalı Gözləmənin Servis Qaydası
4

✅ Gözləməni tavadan alıb üçkünc formasında dilimləyin.
✅ Öz istəyinizə görə bəzəyin.
✅ Çayla birlikdə servis edin.

Nuş Olsun!