Yazdırma Seçimləri:

Yumurtalı gözləmə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt15 dəq

yumurtali gozleme

Yumurtalı Gözləmə Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd Millidad lavaş
 3 ədəd yumurta
 kərə yağı
 Holland pendiri
 duz
 qırmızı bibər
 istiot
Yumurtalı Gözləmə Üçün Ərzaqların Yığılması
1

yumurtali gozleme

1. Yumurtalı gözləmə üçün istifadə edəcəyiniz Milli dad lavaşını bir qaba alın.
2. İstifadə edəcəyiniz yumurtanı yuyub bir kasaya alın.
3. Gözləmə üçün lazım olan pul bibər, duz, istiotu ayrı-ayrı kasalara yığın.
4. Yumurtalı gözləmə üçün istifadə edəcəyiniz holland pendirini də bir kasaya alıın.
5 .Yumurtalı gözləməni bişirmək üçün istifadə edəcəyiniz kərə yağını bir kasaya yığın.

Yumurtalı Gözləmə Üçün Ərzaqların Hazırlanması
2

1. Yumurtaları bir qabın içərisində sındırın.
2. Yumurtaların üzərinə pul bibəri və istiotu da əlavə edib yaxşıca çırpın.
3. Çalışın istiot və pul bibər topaclanmasın.
4. Holland pendirini rəndələyin.
5. Holland pendirini də yumurtanın üzərinə əlavə edərək çırpın.
6. Tavanın altını azca kərə yağı ilə yağlayın.
7. Sonra tavanın içərisinə 2 ədəd Millidad lavaşını sərin.

Yumurtalı Gözləmənin Bişirilmə Qaydası
3

1. Hazırlamış olduğunuz yumurtalı qarışımı yuxanın üzərinə bərabər olaraq yayın.
2. Yuxanın hər tərəfinə yumurtalı qarışımı yaydıqdan sonra üzərinə yenə də Millidad lavaşından qoyun.
3. Ocağın altını yandırın.
4. Tavanı ocağın üzərinə yerləşdirin.
5. İşləm sona yetdikdən sonra tavanın qapağını qapadaraq vam odda bişməyə qoyun.
6. Bir üzü bişdikdən sonra bişməsi üçün o biri üzünə çevirin.
7. Hər iki üzü bişdikdən sonra tavadan çıxardın və üçkünc formasında dilimləyin.

Yumurtalı Gözləmənin Servis Edilmə Qaydası
4

Zövqünüzə uyğun olaraq ayranla birlikdə isti-isti servis edin.

Nuş olsun!