Yazdırma Seçimləri:

Yumurtalı Pidə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat

yumurtali-pide

Lazım Olan Ərzaqlar
 1 ədəd yumurta
 ½ stəkan süd
 ½ stəkan su
 ½ stəkan duru yağ
 50 q ərimiş kərə yağı
 1 yemək qaşığı maya
 1 çay qayığı şəkər tozu
 duz
 3,50 stəkan un
İçlik Üçün
 1 stəkan holland pendiri
 6 ədəd yumurta
Üzəri Üçün
 1 ədəd yumurta sarısı
 2 yemək qaşığı süd
 2 yemək qaşığı zeytun yağı
Hazırlanma Qaydası
1

✅ Quru maya və toz şəkəri südlə qarışdıraraq mayanın şişməsi üçün kiçik bir qabda bir az saxlayın.
✅ Maya qarışışığını geniş bir qaba alın və otaq temperaturunda olan yumurta, süd, zeytun yağı və əridilmiş kərə yağını qatın.
✅ Bütün ərzaqları əlinizlə qarışdırın.
✅ Yavaş- yavaş ələnmiş un əlavə edərək duzunu qatın.
✅ Bütün ərzaqları qatdıqdan sonra yumşaq bir xəmir hazlrlayln.
✅ Üzərinə az nəmli bir bez örtərək 60 dəqiqəyə yaxln mayalanmaya qoyun.
✅ Mayalanmış xəmiri 6 bərabər hissəyə bölüb mətbəx dəzgahı üzərində basdıraraq yuvarlayın.
✅ Xəfif unlanmış mətbəx dəzgahı üzərində vərdənə yardımı ilə açdığınız kündələrin uc hissələrini sıxaraq qapadın.
✅ Qayıq şəklini alan xəmirlərin orta hissəsini açıq buraxın.
✅ Bütün kündələri eyni şəkildə hazırlayın.
✅ Hazırladığınız xəmirləri yağlı kağız sərilmiş soba listinə düzün.
✅ Orta hissələrinə holland pendiri rəndələyin.
✅ Bir ədəd yumurta qırın və çalışın ağı daşmasın.
✅ Xəmirlərin kənarlarına fırça yardımı ilə çırpılmış yumurta, süd və yağ sürtün.
✅ Əvvəlcədən 200 dərəcə qızdırdığınız sobada kənarları qızarana qədər bişirin.
✅ Sobadan çıxartdığınız pidələr ilındıqdan sonra servis edin.

Qeyd!
2

✅ Mayalanması üçün xəmiri otaq temperaturunda ortalama 60 dəqiqəyə yaxın gözlədin.
✅ Açdığınız xəmir kündələrin üzərinə bir az süd sürtün, asan bağlanıb açıq pidə şəklini alacaqdlr.
✅ Sobanı əvvəlcədən 190 - 200 dərəcəyə yaxın qızdırın.

Bişirmə Məsləhəti!
3

✅ Yumurtaların üzərinə arzu etdiyiniz ədviyyatları səpin.
✅ Fərqli pendir çeşidlərindən istifadə edə bilərsiniz.
✅ Holland pendiri əridikdən sonra pidəni sobadan çıxardlb üzərinə yumurtaları qıra bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 6