Yazdırma Seçimləri:

Yumurtalı Pomidor Dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Yumurtalı pomidor dolması

Yumurtalı Pomidor Dolması Üçün Lazım Olan Ərzaqlar
 4 ədəd böyük pomidor
 4 ədəd yumurta
 1 stəkan rəndələnmiş holland pendiri
 1 stəkan pomidor püresi
 ½ stəkan isti su
 2 yemək qaşığı zeytun yağı
 ½ çay qayığı duz
 ½ çay qayığı istiot
Yumurtalı Pomidor Dolması Üçün Ərzaqların Yığılması
1

☘️ İstifadə edəcəyiniz pomidorları yuyub bir mətbəx dəsmalının üzərinə yığın.
☘️ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə alın.
☘️ İstifadə edəcəyiniz duzu, istiotu ayrıca kasalara yığın.
☘️ Lazım olacaq holland pendirini bir kasaya yığın
☘️ İstifadə edə biləcəyiniz pomidor püresini kasaya yığın.
☘️ Lazım olacaq qədər zeytun yağını stəkana süzün.
☘️İstifadə edəcəyiniz təzə soğanları təmizləyərək yuyub bir mətbəx dəsmalının üzərinə yığın.

Yumurtalı Pomidor Dolması Üçün Ərzaqların Hazırlanması
2

☘️ Holland pendirini rəndələyin.
☘️Bol suda yuduğunuz böyük boy pomidorları sap hissələrindən qapaq şəklində kəsin.
☘️ Orta hissəsini bir qaşıq yardımıyla çıxardın.
☘️ Ocağı qızdırın.
☘️ Təzə soğanları kiçik-kiçik doğrayın.

Yumurtalı Pomidor Dolmasının Sosu Üçün
3

☘️ Zeytun yağını bir tavada qızdırın.
☘️ Pomidor püresini əlavə edib 2- 3 dəqiqə qədər orta atəşdə bişirin.
☘️ Pomidor püresi yerinə rəndələnmiş pomidor və ya bir parça acı sos da istifadə edə bilərsiniz.
☘️ İsti suyu əlavə etdikdən sonra sosu 2 dəqiqəyə yaxın qaynadın.

Hazırlanma Qaydası
4

☘️Tavada yumurta yerinə pomidorun içində yumurta bişirməyə nə deyərsiniz?
☘️Pomidora çəngəllə toxunduqda içərisindəki pendir uzansın getsin, yumurtanın içi çölünə daşsın.
☘️Bir bişirmə qabınız oldusa bəs edər.
☘️Orta hissəsini boşaltdığınız pomidorların içinə rəndələnmiş holland pendirini bərabər olaraq paylaşdırın.
☘️ Soba listinə aldığınız pomidorların içinə bir ədəd yumurta sındırın.
☘️ Üzərinə duz və istiot səpin.
☘️Duz və istiot ilə ləzzətləndirin.

Yumurtalı Pomidor Dolmasının Bişirilməsi
5

☘️ Sobanı əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
☘️ Pomidor sosunu əlavə etdiyiniz yumurtalı pomidor dolmalarını öncədən 200 dərəcə qızdırdığınız sobada 10 dəqiqəyə yaxın bişirin.

Yumurtalı Pomidor Dolmasının Servis Edilməsi
6

☘️ Qızarmış çörək dilimlərini hazır dolmaya bir- bir batıraraq bu ləzzəti gözlətmədən sevdiklərinizlə paylaşın.
☘️ İncə- incə doğranmış təzə soğan parçaları ilə servis edə bilərsiniz.

Nuş Olsun!